Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya Meteorologiya Təşkilatı: Bu qış planetimizdə "El Nino" hadisəsinin təkrarı gözlənilir

Tarix: 12-09-2018 07:41     Baxış: 3288 A- / A+
Dünya Meteorologiya Təşkilatı: Bu qış planetimizdə "El Nino" hadisəsinin təkrarı gözlənilir

Dünyada okeanların səviyyəsinə və atmosferə təsir etmiş "El Nino" hadisəsinin bu ilin sonunda təkrar olunacağı gözlənilir.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Dünya Meteorologiya Təşkilatı (DMT) bəyanat yayıb. Bildirilir ki, son dəfə 2015-2016-cı illərdə baş vermiş "El Nino" hadisəsi bir çox ölkələrdə güclü fırtına, sel və daşqınlarla, ənənəvi iqlim ahənginin pozulması ilə müşayiət olunub. Bu atmosfer və qlobal iqlim dəyişikliyi Sakit okeanda temperaturun yüksəlməsi ilə başlayır və qlobal miqyasda yayılır. Məhz bu dəyişiklik nəticəsində 2016-cı ildə Yer üzündə ən isti havalar, Afrikada görünməmiş quraqlıq, Cənubi Amerikada isə sel və daşqınlar qeydə alınıb.

Meteoroloqlar bildirirlər ki, bu il "El Nino"nun əksinə olaraq, Sakit okeanda temperaturun düşməsi ilə başlayıb. DMT-nin hesablamalarına görə, belə başlanğıc ilin sonunda okeanda kəskin iqlim dəyişikliyi ehtimalını 70 faiz artırıb. Eyni zamanda, builki "El Nino"nun əvvəlkindən daha zəif olacağı gözlənilir. DMT-nin baş katibi Petteri Taalasın sözlərinə görə, hadisə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməsi itkilərin və dağıntıların qarşısını almağa kömək edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar