Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanın hakim partiyası prezident seçkilərində onu dəstəkləyəcək

Tarix: 09-09-2018 22:18     Baxış: 2262 A- / A+
Gürcüstanın hakim partiyası prezident seçkilərində onu dəstəkləyəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcək.

“Report”un xəbərinə görə, bu barədə partiyanın siyasi şurasının iclasından sonra parlamentin sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcək:
“Bu qərarın səbəbi ondan ibarətdir ki, Gürcüstan parlament respublikasıdır və siyasi hakimiyyət parlament və hökumətə məxsusdur. Prezident nə hakim partiya, nə də müxalifətin maraqlarını təmsil etməlidir. Dövlət başçısı xalqın maraqlarının obyektiv müdafiəçisi olmalıdır”.
İ.Kobaxidze qeyd edib ki, S.Zurabişvilinin böyük siyasi və diplomatik təcrübəsi var:
“Salome Zurabişvili həmçinin Gürcüstan parlamentinin layiqli üzvüdür və hər zaman ölkənin vacib məsələləri ilə bağlı prinsipial mövqeyini nümayiş etdirib. O, Gürcüstan tarixində heç bir siyasi partiyanı təmsil etməyən ilk prezident ola bilər. Biz, Gürcüstan cəmiyyətini prezident seçkilərində Salome Zurabişvilinin namizədliyini dəstəkləməyə çağırırıq”.
S.Zurabişvili 2004-2006-cı illərdə Gürcüstanın xarici işlər naziri olub. O həmçinin 2003-cü ildə Gürcüstanın Fransadakı səfiri, daha sonrakı illərdə “Gürcüstan yolu” partiyası və “Salome Zurabişvilinin ictimai hərəkatı”nın lideri olub. Xanım siyasətçinin 66 yaşı var.
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Seçkilərdə namizəd kimi iştirak etmək istəyən 46 şəxs Gürcüstanın Mərkəzi Seçki Komissiyasına müraciət edib. Müraciət edənlərin 26-sı təşəbbüs qrupu, 20-si isə siyasi partiyalar tərəfindən təqdim olunub. Bu günə qədər yalnız 6 nəfərin namizədliyi qeydə alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar