Xəbər lenti
Şiə siyasətçisi baş nazirdən istefa verməyi tələb etdi
“Sairun” seçki blokunun lideri, məşhur şiə siyasətçisi Muktada as-Sadr Bəsrədə vəziyyətin gərginləşməsi ilə əlaqədar İraqın baş naziri Heydər əl-İbadidən isverməyi tələb edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda hərəkatın bəyanatına istinadən “As-Sumariya” telekanalı bildirib.
Qeyd edək ki, içməli su qıtlığı, kütləvi zəhərlənmələr və elektrik enerjisində yaranan fasilələrdən əziyyət çəkən Bəsrə şəhərində son günlər vəziyyət xeyli gərginləşib. Yaşayış səviyyəsindən narazı olan şəhər əhalisi artıq bir neçə aydır ki, hökumət əleyhinə aksiyalar keçirirdi. Sentyabrın 4-də etirazların yeni dalğası başlayıb. Bir neçə gün davam edən iğtişaşlar nəticəsində 10-a yaxın insan həlak olub.
Sentyabrın 7-də şəhərdə keçirilən etiraz aksiyalarında 20 min nəfərdən çox insan iştirak edib. Etirazçılar dövlət müəssislərini, siyasi partiyaların mənzil-qərargahlarını, silahlı birləşmələrin filiallarını yandırıb, İran konsulluğuna hücum edib və “Qərbi Kurna-2” neft kompleksinin ərazisinə daxil olublar.
İraq Silahlı Qüvvələrinin birgə əməliyyatlar komandanlığı orduya və təhlükəsizlik orqanlarının əməkdaşlarına ölkənin cənubunda yerləşən Bəsrə şəhərində dinc etiraz aksiyalarını müşayiət edən iğtişaşların qarşısını qətiyyətlə almağı əmr edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar