Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın Rusiyaya qarşı belə davranışı ağılsızlıqdır

Tarix: 07-09-2018 18:29     Baxış: 2298 A- / A+
Paşinyanın Rusiyaya qarşı belə davranışı ağılsızlıqdır


Ermənistan baş naziri Nikol Paşinyan sabah Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya gələcək. Bu, məxməri inqilabdan sonra onun rusiyalı liderlə üçüncü görüşüdür. Və görünür ki, bu görüş yaxın dövrlərdə dövlətlərarası əlaqələr üçün həlledici ola bilər. Erməni baş nazirin səfərini anons edən Moskva bəyan edib ki, açıq dialoqa ümid edir.

Oxu.az xəbər verir ki, bu məlumatlar Rusiyanın "Nezavisimaya qazeta" nəşrində verilib.

Məqalədə bildirilib ki, Moskva tərəfi liderlərin görüşündə ciddi danışıqlar gözləyir. Bu fikirləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Həm bizim, həm də erməni tərəfinin çoxlu sualları var", - Uşakov əlavə edib və bildirib ki, Moskva Yerevanla açıq dialoqa ümid edir.

Bu ifadələr arasında belə bir sətiraltı fikir var ki, bir şey deyib, başqa cür hərəkət edəcəksinizsə, ən yaxşısı, danışmayaq. Yaxın keçmişdə baş verən hadisələrə diqqət yetirsək, Kremlə qarşı hiylə işlətmək istəyən bəzi postsovet ölkələrinin uğursuzluğa düçar olduğunu görərik. Yəqin, erməni baş nazir bunları bilir", - məqalədə qeyd edilib.

Məqalə müəllifinin sözlərinə görə, Moskvanı bu məsələlər maraqlandırır: Yerevanın kursunun dəyişməzliyi; Gümrüdə Rusiya hərbi bazasının saxlanılması; keçmiş hökumətlə əldə edilmiş saziş əsasında erməni hərbçilərin Suriyaya göndərilməsi; Avrasiya İqtisadi Əməkdaşlığı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələlər; Dağlıq Qarabağ münaqişəsinin həlli.

Qafqaz institutunun direktoru Aleksandr İskəndəryanın fikrincə, Paşinyan Rusiya-Ermənistan əlaqələrində effelktivliyin artırılmasında maraqlı deyil.

"Düşünmürəm ki, indi qəfil dəyişikliklərdən danışmaq olar. Əvvəlki vəziyyət hələ bir müddət davam edəcək. Görünür, Moskvada Ermənistanın həyata keçirmək istədiyi siyasət müzakirə ediləcək", - İskəndəryan bildirib.

Müstəqil siyasi şərhçi David Petrosyan isə hesab edir ki, danışıqlar Paşinyanın xətti ilə deyil, onun hakimiyyətində vacib postları tutan təcrübəsiz komandasından asılıdır. Ekspertin sözlərinə görə, Paşinyanın Ermənistanın əvvəlki kursunu davam etdirmək istədiyi ilə bağlı şübhə yoxdur, ancaq onun ətrafında disbalans var. Petrosyan deyib ki, buna sübut kimi Almaniya kansleri Angela Merkelin səfərindən dərhal sonra Ermənistanda xarici siyasət üzrə müşavir Arsen Xaratyanın işdən qovulmasını göstərmək olar.

"Xaratyan Paşinyan və Merkel arasındakı bağlı görüşdə iştirak etdi. Yəqin ki, o, razılaşdırılmamış fikirlər söyləyib və dərhal bunun əziyyətini çəkib. Birgə mətbuat konfransında Paşinyan xüsusilə qeyd etdi ki, bir tərəfdaşının xeyrinə görə digər tərəfdaşı ilə münasibətlərə yenidən baxmaq niyyətində deyil", - David Petrosyan qeyd edib və bildirib ki, baş nazir Moskva ilə sərt dialoq istəyən ətrafının təzyiqi ilə üzləşib.

"Bu, ağılsızlıqdır, Rusiyaya qarşı özünü belə aparmaq olmaz. Yeri gəlmişkən, digər nəhənglərlə də həmçinin...", - ekspert hesab edib.

Məqalədə bildirilib ki, Paşinyanın ziddiyyətli qaldığı məsələlərdən biri də erməni hərbi qulluqçuların Suriyaya göndərilməsidir.

"Bu razılaşma Ermənistanın sabiq hakimiyyəti ilə imzalanıb. Paşinyan onu pozmaq istəmir. Söhbət minaaxtaran, hərbi həkimlər və rabitəçilərdən gedir. Baş nazirin qərbyönümlü komanda üzvləri buna qarşıdır, onlar hesab edir ki, bu addım ABŞ və Qərb ölkələri ilə əlaqələrə ciddi təsir göstərə bilər", - David Petrosyan deyib.

Paşinyanın ritorikası onu göstərir ki, erməni baş nazir Moskva ilə münasibətlərdə riskə getmək istəmir. Nəşr yazıb ki, ancaq bir açıqlama kifayət deyil. Petrosyanın fikrincə, şübhə yerinin qalmaması üçün hakimiyyətin qolları arasında, xüsusilə də hərbi sahədə əməkdaşlıq lazımdır.

Qəzetin məqaləsində yazılıb ki, son vaxtlar bu sahədə vəziyyət ürəkaçan deyil. Ermənistanın ölkədəki Rusiya bazasının taleyi ilə bağlı məsələyə yenidən baxmaq istəməsi bəyanatına diqqət çəkən Petrosyan deyib ki, erməni cəmiyyətinin böyük əksəriyyəti Gümrüdəki bazanın yerləşdirilməsinin zəruriliyini anlayır və bu məsələni ciddi səviyyəyə qaldırmır.

"Bazaya 2016-cı ildə Yerevanda polis idarəsinə hücum edən "Sasna Tsrer" qruplaşması kimi radikalların bir qismi qarşı çıxır. Onların bu bəyanatları qəsdən KİV-lərdə yayımlanır ki, Ermənistan hakimiyyəti bu məsələyə yenidən baxsın", - Petrosyan söyləyib.

Daha sonra nəşr Ermənistandakı vəziyyətlə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını xatırladıb:

"Rusiya Ermənistanda hökm sürən vəziyyətdən natahatdır. Eyni zamanda, 10 il əvvəl baş verən hadisələr araşdırılır və həbslər gedir".

Nazirin bu açıqlamasından nəinki Ermənsitanın sabiq prezident Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı sədri Yuri Xaçaturovun həbs edilməsini, eyni zamanda, Avrasiya İqtisadi Birliyinə rəhbərlik edən Ermənistanın sabiq baş naziri Tiqran Sarkisyanın da məsuliyyətə cəlb ediləcəyini anlamaq olar.

Yerli məmurların həbsini ölkənin daxili işi hesab edən erməni hökumətinin bu fəaliyyəti tək Rusiyanı deyil, eyni zamanda, onun tərəfindən yaradılmış dövlətlərarası alyansı şübhə altına qoyur.

Aleksandr İskəndəryan ölkənin ikinci prezidentinin məsuliyyətə cəlb olunması məsələsinə toxunan zaman Koçaryanın cinayət təqiblərindən qaçmaq üçün siyasətdən istifadə etdiyini deyib. Və əgər kimsə Moskvada ona pul qoymaq istəyirsə, bu, perspektiv deyil. Çünki o, kifayət qədər məşhur deyil və onun mümkün uğurundan danışmaq sadəlövhlükdür.

Qafqaz institutunun direktorunun sözlərinə görə, Putin və Paşinyan görüşündə Qarabağ məsələsi də müzakirə ediləcək.

"Başa düşmək lazımdır ki, Ermənistanın xarici siyasəti, Qarabağ problemi, Rusiya ilə münasibətlər – bunlar hamısı əlaqəlidir. Nikol Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar prosesinə qayıtmasının tərəfdarıdır. O, hər zaman bunu deyib", - İskəndəryan qeyd edib.

Ancaq Qarabağ tərəfinin danışıqlara qoşulması yalnız erməni tərəfinin arzusu ilə həyata keçmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar