Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp Əsədi öldürmək ƏMRİ VERDİ: "Onu öldürün və Suriyaya girin"

Tarix: 05-09-2018 11:06     Baxış: 4909 A- / A+
Tramp Əsədi öldürmək ƏMRİ VERDİ: "Onu öldürün və Suriyaya girin"


ABŞ-da qalmaqallı araşdırmaçı jurnalist Bob Vudvordun kitabında qeyd etdiyi siyasi və gizli məlumatlar media, eləcə də Ağ Evi bir-birinə qatıb. Ağ Evdə Trampa xəyanət edə biləcək şəxslərin olduğuna dair şübhələr böyüyür.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yalnız ABŞ-ı deyil, bütün dünya ölkələrinin gündəmini zəbt edən informasiyaları üzə çıxaran kitab Tramp haqqında yazılıb. Kitabda gedən məlumata görə, Trampın keçmiş vəkili Rusiya ilə bağlı istintaqda ifadə verəcəyi təqdirdə, həbsə girə biləcəyinin xəbərdarlığını verərək onu ifadə verməkdən yayındırdığı qeyd olunub.

Tramp Əsədi öldürmək ƏMRİ VERDİ: "Onu öldürün və Suriyaya girin"


Kitabdakı ən maraqlı bölmələrdən biri də, Orta Şərqlə bağlıdır. Belə ki, Donald Tramp müdafiə naziri Mattisi yanına çağıraraq Suriyada Əsəd rejiminə son vermək üçün onu öldürməyi əmr verib: "Əsədə sui-qəsd təşkil olunmasını istəyirəm. Lənət olsun, onu öldürmək lazımdır. Suriyaya girin və onu öldürün".

Araşdırmaçı jurnalist Bob Vudvord yeni kitabında yer alan bu və digər məqamlar Ağ Evdə milli təhlükəsizlik sistemindəki boşluqları göz önünə sərib. Kitabda Trampın masasından strateji əhəmiyyətli müqavilələrin, imzalanması gərəkli olan sənədlərin gizli yollarla oğurlandığı da yer alır.

"Qorxu: Ağ Evdə Tramp" adlı kitabın əsas mövzusu, ABŞ Prezidentinin özü və bütün ölkə üçün fəlakətə səbəb ola biləcək "siyasəti", fəlakətləri əngəlləmək üçün yaxın ətrafının ona oynadığı gizli oyunlar və bu günə qədər də onun bütün baş verənlərdən xəbərinin olmaması.

Tramp Əsədi öldürmək ƏMRİ VERDİ: "Onu öldürün və Suriyaya girin"


Etibarlı mənbələri ilə saatlarca söhbət edib, reportaj hazırlayan jurnalist Bob Vudvord kitabı yazarkən bütün qeydlərinə dair sağlam faktlar əldə etdiyini deyib. O iddia edir ki, Trampın yüksək rütbəli məmurları, köməkçiləri öz milli maraqları və təhlükəsizlikləri uğruna kənar qüvvələrin təhdidlərinə boyun əyərək bir sıra rəsmi sənədləri Tramp imzalamazdan qabaq məhv edirdilər.

Ağ Ev sözçüsü Sarah Sanders isə kitab haqqında bu fikirləri səsləndirib: "Kitabda yazılanların hamısı sadəcə uydurma hekayələrdir. Mahiyyət etibarilə səhvlər çoxdur. Kitabın içərisində yer alan məlumatların böyük bir hissəsi zamanında Ağ Evdə çalışan, lakin müxtəlif səbəblərdən işindən ayrıldıqdan sonra qərəzli mövqedən çıxış edən əməkdaşların, işçilərin ifadələri əsasında hazırlanıb. Məqsədli şəkildə prezident Trampı cəmiyyətə pis göstərməyə çalışırlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar