Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu, Paşinyanın sonu ola bilər” – Qiyamçı baş nazir üçün çətin sınaq

Tarix: 02-09-2018 14:43     Baxış: 2287 A- / A+
“Bu, Paşinyanın sonu ola bilər” – Qiyamçı baş nazir üçün çətin sınaq


Hakimiyyətə gələməyinin 100 günü tamam olan Ermənistanın Baş naziri Nikol Paşinyan bu müddət ərzində uğurlu ola bilmədi.


Manevr.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, Paçinyanın hakimiyyətə gələr-gəlməz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi sərt bəyanatlar bölgədə vəziyyəti gərginləşdirdi:



“Digər yandan, Qərbə meyillənən yeni baş nazir Rusiya ilə də münasibətləri də gərginləşdirdi. Kremlə yaxınlığı ilə tanına keçmiş prezident Robert Köçəryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbs isə münasibətlərə ən ağır zərbəni vurdu. Üstəgəl, Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanda hökm sürən iqtisadi böhranı bir qədər də dərinləşdirdi. Bu fonda da, onun Ermənistanı siyasi qarşıdurmaya sürüklədiyini deyə bilərik.

Lakin buna baxmayaraq , Paşinyanın daxili reytinqi hələ ki yüksəkdir. Ermənilər ona inanırlar və ölkələrini bu çətin vəziyyətdən çıxaracağına böyük ümid bəsləyirlər. Ancaq onun iqtisadi islahatlar həyata keçirmək üçün resursları məhduddur, əngəllər isə çoxdur. O, ilk növbədə Rusiya ilə əlaqələri yoluna qoymaq istəyir ki, daxildə sabitlik yarada bilsin. Əgər Paşinyan parlament seçkilərinə qədər Rusiyanın dəstəyini təmin edə bilməsə, böyük və güclü müxalifətlə üz-üzə qalacaq ki, bu da onun hakimiyyətinə son qoya bilər”.

Ramiyə Məmmədova bildirib ki, Rusiya Ermənistanın nəinki daxili, həm də xarici siyasətini müəyyən edən və ona yardım edə biləcək yeganə dövlətdir:

“Ermənistan hər nə qədər, NATO və Avropa İttifaqına yönəlsə də, Rusiyanın bu yaxınlaşmanı dayandıracaq kifayət qədər siyasi və hərbi təzyiq vasitələri var. Əslində, Paşinyanın anti-Rusiya siyasəti Azərbaycanın lehinə ola bilər. Digər yandan isə Cənubi Qafqazın əsas gücü kimi Azərbaycanla əməkdaşlıq etmək Rusiyanın da maraqlarına uyğundur. Azərbaycan prezidentinin Rusiya səfəri və Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması da bunu sübut edir.

Digər yandan da, Rusiya indi Ermənistanla bütün hərbi-siyasi və hərbi-texniki əməkdaşlığı dayandırıb. Bunun da Dağlıq Qarabağ münaqişəsinin obyektiv həllinə təkan verəcəyinə ümid edirik. Azərbaycanın geosiyasi proseslər fonunda Ermənistandan irəlidə olması da, mövcud şəraidə xeyrimizə işləyən əsas amillərdən biridir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar