Xəbər lenti
Ərdoğan ABŞ-a xəbərdarlıq etdi: "Əgər qırıcıları verməsəniz..."
"Artıq dünya tək ölkədən ibarət deyil"
“Biz ABŞ-la imzalanan müqaviləyə uyğun olaraq, 900 milyon dollar ödəmişik. “F-35” qırıcılarının Türkiyəyə təhvil verərlər, verməzlər bilmirəm".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, bildirib ki, əgər ABŞ qırıcıları Türkiyəyə təhvil verməsə, başqa ölkədən alacaqlar. "Yaxud qırıcıları özümüz istehsal edə bilərik”.
O, qeyd edib ki, Türkiyənin bu qırıcılara ehtiyacı var və ən yaxın zamanda onları alacaq. "Versələr bu onların razılaşmaya əməl etdiklərinin sübutudur. Artıq dünya tək ölkədən ibarət deyil. Pilotsuz aparat vermədilər, indi özümüz onları istehsal edirik. Terroçuları da bunlarla vururuq".
Ərdoğan deyib ki, Türkiyənin ABŞ-la olduğu kimi başqa ölkələrlə də əməkdaşalığa ehtiyacı var. Bu günə kimi ikitərəfli və ya çoxtərəfli əməkdaşlıqlarda riyakarlıq edilməyib, verilən sözlərdən yayınılmayıb. "Amma bizə qarşı hamısı olub. ABŞ-ın ancaq Suriya ilə bağlı məsələlərəd bizə verib, sonra tutmadığı sözləri saymağa başlasam heç kimin üzümüzə baxmağa halı qalmayacaq".
Onun sözlərinə görə, Türkiyə suriyadan olan hücumlarda yalnız qoyulub. "Raketdən müdafiə sistemlərini bizə vermədilər. Hətta pulu ilə bizə satmadıqlarını da aparıb terrorçulara verdilər. Alternativ axtarışına başlayanda isə "nə badə" deyirlər. Bizim bunu qəbul etməyimiz mümkün deyil. Türkiyənin S-400-lərə ehtiyacı var və bununla bağlı razılaşma bitib. Ən qısa zamanda alacağıq". /istipress /
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar