Xəbər lenti
"Trampı dəfnimə buraxmayın" - Məşhur senatorun vəsiyyəti
ABŞ prezidenti Donald Tramp senator Con Makkeynin dəfn mərasiminə qatılmayacaq. Mərasimdə Ağ Evi vitse-prezident Maykl Pens təmsil edəcək.
Milli.Az ABC-yə istinadən bildirir ki, dəfn mərasimində ABŞ-ın sabiq prezidentləri Corc Buş və Barak Obama çıxış edəcəklər.
CNN-nin məlumatına görə, Trampın mərasimə qatılmaması onun qərarı deyil. Senator Con Makkeynin vəsiyyətində belə şərt var.
Dəfn mərasimini hələ ötən il planlaşdırmış Makkeyn "Mən öləndə Trampı çağırmayın" yazmışdı.
Donald Tramp da Ağ Ev əməkdaşlarının C.Makkeynin vəfatı ilə bağlı rəsmi açıqlama yaymaq təklifini rədd edib.
Trampın mətbuat katibi Sara Sanders və Ağ Ev aparatının rəhbəri Con Kelli senator Makkeynin fəaliyyətindən bəhs olunan və onun "ABŞ-ın qəhrəmanı" adlandırıldığı bəyanat hazırlamışdılar.
Lakin Donald Tramp, sadəcə, respublikaçı senatorun ailəsinə Twitter-də başsağlığı verməklə kifayəilənib.
2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində C.Makkeyn çıxışlarında D.Trampdan normal prezident olacağına inanmadığını deyir, Trampın tərəfdarlarını "ağılsızlar" adlandırırdı. Makkeynin Vyetnam müharibəsindəki qəhrəmanlığına Tramp şübhə edəndən sonra prezidentlə ölkənin ən nüfuzlu senatoru arasında münasibətlər tam korlanmışdı.
Avqustun 26-da, 81 yaşında vəfat etmiş Con Makkeynin dəfn mərasimi sentyabrın 2-də olacaq.
USA Today bildirir ki, senatorun vəsiyyətinə uyğun olaraq o, Merilend ştatındakı Annapolis şəhərində yerləşən Hərbi-Dəniz Akademiyasının qəbiristanlığında dəfn olunacaq.
O, kurs yoldaşı və ömür boyu ən yaxın dostu olmuş, 2014-cü ildə 77 yaşında vəfat etmiş Çarlz Larsonun məzarı yanında torpağa veriləcək.
Mərhum senator Con Makkeynin sabiq müşaviri və dostu isə onun xalqa vida müraciətini açıqlayıb.
NBC News-a istinadən müraciətin mətnini təqdim edirik:
"Vətənpərvərliyi dünyanın bütün yerlərində inciklik, nifrət və zorakılıq cücərdən mağara rəqabəti ilə səhv salanda qüdrətimizi itiririk. Divarları dağıtmaq əvəzinə divarların arxasında gizlənəndə, ideallarımızın gücünə inanmayanda, onların həmişə dəyişikliklərə səbəb olmuş böyük qüvvəyə çevrilməsinə inanmayanda gücümüz azalır, zəifləyirik. Ölkənin üzləşdiyi çətinliklərə görə ruhdan düşməyin, ABŞ-ın böyük gələcəyinə inanın. Yol verdiyim səhvlərə görə təəssüflənirəm, amma ümid edirəm ki, vətənə sevgim o səhvlərin sonuclarını üstələyir.
Həyatımın bir gününü belə, başqasının yaşamının ən yaxşı gününə dəyişmərəm. Amerikalılar heç vaxt getmirlər. Heç zaman təslim olmuruq, tarixdən gizlənmirik. Tarixi biz yaradırıq. Əlvida, amerikalılar! Tanrı sizə yar olsun! Tanrı Amerikaya yar olsun!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar