Xəbər lenti
Siyam əkizlər ayrılmaq üçün saatları sayırlar
Əkizlər tarix boyu mütəxəssislərin maraq dairəsində olub.
Manevr.az xəbər verir ki, Antaliyada yaşayan Evrensel ailəsinin başları bitişik Derman və Yiğit adı verdikləri siyam əkizləri dünyaya gəlib.
Cütlük övladlarının tezliklə əməliyyat vasitəsilə bir-birindən ayrılıb, evə qayıtmaqlarını gözləyir. Əkizlərin anası Fatma Evrensel "Şükür, başqa narahatlığımız yoxdur, başları ayrılsın, heç nə istəmirəm" dedi.
Ana həmçinin bildirib ki, uşaqları qucağına almaqda çox çətinlik çəkir. 3 ay sonra əkizlərin müalicəsi başlayacaq. Həkimlər körpələrin damarlarının inkişafını nəzərə alıb, əməliyyat edəcəklər. Valideynlər həmçinin körpələri yedirməkdə də çətinlik çəkdiklərini dilə gətirirlər. Həmçinin əkizlərdən biri yatanda digərinin oyanıb ağlamağı da yuxu müddətlərinə ziyan vurur.
Valideynlər siyam əkizləri ilə birgə ilk bayramlarını qeyd ediblər. Oğullarının artıq ətrafa reaksiya verdiklərini, gülümsədiklərini də sevinərək vurğulayırlar.
Fatma deyir ki, hamiləliyi boyu bu patologiyanı bilsə də, əkizlərinin canına qıymamağı üstün tutub. Allahın verdiyi paydır. Yaxşı ki, balalarımı dünyaya gətirmişəm, deyir. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar