Xəbər lenti
Həbs düşərgəsində yəhudi əkiz bacıların başına gətirilən DƏHŞƏTLƏR
Əkizlərin dünyaya gəlməsi istənilən dinə görə mistik fakt sayılıb. Antik ədəbiyyatlarda isə bununla bağlı sonsuz sayda hekayələr var. Əkizlərin arasındakı bağlılıq, bəzən hətta bütün zərrələrinədək bənzərliklər insanları hər zaman təşvişə salıb. Lakin bədbəxtlikdən əkizlər nəinki şair və yazıçıların ilham mənbəyi, eləcə də əsir düşərgələrindəki həkimlərin təcrübə materialı olublar.
Xüsusən də İkinci Dünya müharibəsi zamanı Osvensimin ən qəddar həkimi Yozef Mengele əsirlərin "ölüm mələyi" adını qazanıb. Onun ən böyük arzularından biri də o idi ki, bütün alman qadınlar əkiz, yaxud üçəm dünyaya gətirsinlər. Bu təcrübəni araşdırmaq üçün düşərgədəki yəhudi əkiz uşaqları özünə qurban seçmişdi. Azyaşlı əkizlərin birinin bədəninə zəhərli iynələr vurulurdu. Uşaq ölən kimi onunla yanaşı digər əkiz tayın bədəni yarılır, təcrübələr aparılırdı.
Bir gün Mengele bu təcrübəni 13 yaşlı Perl və Strasya bacıları üzərində gerçəkləşdirməyə qərar verir. Bacıların taleyindən bəhs edən əsərdə bu haqda geniş məlumat var.
Mengele düşünürdü ki, insanlar hamısı ari irqinə mənsub olmalıdırlar. Bu haqqa isə yalnız almanlar sahibdir. Ari irqini yaratmaq üçün digər millətlər məhv edilməlidir və onların üzərində vəhşi təcrübələrin aparılması müqəddəs vəzifədir. Mengele və onun tərəfdaşları minlərlə insanın vəhşicəsinə öldürülməsində günahkar sayılırlar. Mengele insanların bədəninə yeritdiyi peyvəndlər, zəhərli iynələrlə onları heyvana çevirir, ömürlük şikəst edir, ən yaxşı halda öldürürdü.
Zamorski bacılarının atası və babası həkim olduqlarına görə bacıların birinin bədəninə zəhər yeridiləndən sonra qızcığazın həyatını qurtara bilirlər. Mengele bu zəhərin təsirsiz olduğunu düşünüb, bir müddət bacılardan uzaq durur. Beləcə digər bacı da qətl edilmir. Lakin Perl və Strasinin acı düşərgə xatirələri ölənədək onları tərk etmir./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar