Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Nigerdə çağırış: Qurban ətini bişirərkən odundan istifadə etməyin

Tarix: 18-08-2018 15:24     Baxış: 2357 A- / A+
Nigerdə çağırış: Qurban ətini bişirərkən odundan istifadə etməyin

Getdikcə ağacların sayı azalan Niger hakimiyyəti səhralaşmanın qarşısını almaq üçün qurban kəsilən heyvanları bişirərkən odundan istifadə etməməyə çağırıb.


Ehtimallara görə, ölkənin paytaxtı Niameydə qurban kəsilən günü bir illik odun ehtiyatının təxminən beşdə biri istifadə olunacaq.

Nigerdə "Tabaski" adlandırılan Qurban bayramı günü yalnız paytaxtda 400 minədək qoyunun kəsiləcəyi gözlənilir.

Onları qızartmaq üçün istifadə edilən odunun çəkisi 50 min tona çata bilər.

Nigerdə son illər ərzində yayılan səhralaşma ağacların kəsilməsilə əlaqələndirilir.

Ekologiya idarəsinin rəhbəri Oumaru Alou deyib ki, bayram ərəfəsində odun təchizatının aşırı artmasına yol verməmək üçün paytaxta gətirilən nəqliyyat yoxlanılacaq.

"Kömürdən istifadə edin"

O, əhalini kömürdən istifadə etməyə səsləyib.

"Biz ictimai fikri dəyişdirmək üçün çağırışımızı müxtəlif qruplara çatdırmağa çalışırıq ki, meşələrimizi qoruyub saxlaya bilək".

Böyük Səhra sərhədində yerləşən Niger dünyanın ən yoxsul ölkələrindəndir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar