Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Köçəryan siyasətə qayıdır: Paşinyana qarşı proses... - Politoloq

Tarix: 18-08-2018 15:19     Baxış: 2383 A- / A+
Köçəryan siyasətə qayıdır: Paşinyana qarşı proses... - Politoloq


Köçəryanın reytinqi aşağıdır, ona görə də onun siyasətə qayıtmasının mənası yoxdur.


Manevr.az
bildirir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanın eks-prezidentinin birbaşa siyasətə qayıdacağına inanmadığını bildirib:

“Köçəryanın Ermənistanla bağlı məqsədləri tamamilə başqadır. O həmişə Ermənistanda müxtəlif siyasi layihələri və partiyaları dəstəkləyib. Köçəryan xüsusilə də erməni oliqarx Qagik Çarukyanla birgə fəaliyyət göstərib və digər bir sıra siyasətçilərə dəstəkləyib. Çox güman ki, o bu işini davam etdirəcək və hansısa müxalif partiyaları dəstəkləyəcək. Çünki Köçəryanın əsas məqsədi Paşinyanı devirmək və öz mövqelərini möhkəmləndirməkdir”.

Politoloq bu prosesin payızda baş tuta biləcəyini bildirib:

“Çünki həmin vaxt parlament öz işinə başlayacaq, cari siyasi və iqtisadi məsələlər nəzərdən keçiriləcək. Yeni siyasi mövsümün başlanmasının ilk həftələrində Köçəryan hansısa siyasi partiyalar vasitəsilə öz mövqelərini daxili siyasətdə möhkəmləndirə və bununla da Paşinyanın dəstək bazasını azalda bilər”.

Qeyd edək ki, yenicə həbsdən çıxan Ermənistan eks-prezidenti Robert Köçəryan siyasətə qayıdacağını bəyan edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar