Xəbər lenti
Paşinyan: Sələflərim Qarabağı təhvil vermək istəyirdilər

1 mart işi tamamilə açılıb. Bunu mitinqdə Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, həmin cinayətin başçılarından kiminsə məsuliyyətdən yaxa qurtarması kimi bir variant yoxdur. 2008-ci ilin mart ayının 1-də on nəfərin qətlində günahı olanlar cəzalandırılacaqlar.
“İndi çoxu sayılı saatlarının qaldığını və yerlərinin türmə olduğunu, xalq qarşısında cavab verməli olacaqlarını anlayaraq, özlərini siyasi təqib qurbanı kimi təqdim etməyə çalışırlar”, - erməni baş nazir vurğulayıb.
“Hamınız qatil kimi həbs olunacaqsınız. Mən bunu erməni xalqı, Ermənistan vətəndaşları adından söyləməyə vəkil edilmişəm”, - Paşinyan qeyd edib.
O diqqət yetirib ki, bəzi adamlar Ermənistanda “vətəndaş müharibəsi”nin mümkünlüyünü bildirirlər: “Vətəndaş müharibəsi yalnız sizin ofislərinizdə ola bilər. Neçə vətəndaşın dəstəyinə maliksiniz ki, vətəndaş müharibəsi olsun? 17 keçmiş korrupsioner və daha 22 uydurma sosial şəbəkə hesabı. Budur sizin vətəndaş dəstəyiniz”, - Paşinyan deyib.
Onun sözlərinə görə, əgər kimsə bir də “vətəndaş müharibəsi” təhlükəsi ilə hədələsə, onunla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olacaq. virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.png)


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar