Xəbər lenti
Alimlərdən inanılmaz kəşf

ABŞ-ın Çarlston universitetinin alimləri yeni kəşflərini “Astrophysical Jorunal” jurnalında dərc ediblər.
Manevr.az“ölkə.az”-a istinadən bildirir ki, məqaləyə əsasən, Kainatın ən güclü partlayışlarından olan qamma-partlayışların spektrində anomaliya var. Bu isə kataklizma vaxtı bu proseslərdə zamanın irəli yox, geriyə getməsidir.
Alim Con Hakkil deyib: “Biz demirik ki, fenomen həqiqətən də mövcuddur və reallıqda bəzi qanunları pozur. Çox ehtimal ki, bu belədir”.
Qamma-partlayış şüalanmaları ilk dəfə 1968-ci ildə kəşf edilib. Bu gün bu partlayışlar bizdən çox uzaq olan qalaktikalarda hər gün baş verir. Bir çox astronomun fikrinə görə, çox böyük ulduzların partlayışı zamanı qamma-şüalanma yaranır. İlk fazalarda da qara dəliyə çevrilir.
Ulduz məhv olanda qara dəliyin və ya neytron ulduzun yaratdığı cazibə qüvvəsi o qədər güclüdür ki, ulduzun partlayış zamanı yaranan parçaları birləşərək mərkəzi obyektin ətrafında dövr edir.
Bu diskin bir hissəsini qara dəlik udur. Digərləri isə işıq sürəti ilə yayılır və cet şəklində kosmik məkana dağılır. Bu zaman isə məhv olan ulduzun materiyası Günəşin həyatı boyu boşaltdığı enerji qədər enerji boşaldır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar