Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən məşhur müğənnisi ölüm ayağındadır FOTO

Tarix: 13-08-2018 15:52     Baxış: 3239 A- / A+
Dünyanın ən məşhur müğənnisi ölüm ayağındadır


Əfsanəvi amerikalı müğənni, soul kraliçası Areta Franklin ölüm ayağındadır.

Onda xərçəng aşkarlanıb.

Manevr.az milli.az-a istinadən bildirir ki, 76 yaşlı müğənni hazırda Detroytdakı evindədir.

Müğənninin ailəsi fanatlara müraciət edərək A.Franklinin şəxsi həyat hüququna sayğı ilə yanaşmağı xahiş ediblər.

Areta Franklində mədəaltı vəzi xərçənginin aşkarlandığı barədə məlumatlar hələ 2010-cu ildə yayılmışdı. Müğənni bu məlumatları qətiyyətlə təkzib edirdi.

Aretanın bacısı və meneceri Sesil Franklin 1989-cu ildə ağciyər xərçənginən vəfat edib.

A.Franklinin ortancıl bacısı Kerolayn 1988-ci ildə döş xərçəngindən, böyük bacısı Erma isə 2002-ci ildə qırtlaq xərçəngindən vəfat edib.

1960-1970-ci illərdə məşhurlaşmış Areta Franklin 1987-ci ildə "Rok-n-rollun şərəf zalı"na adı düşmüş ilk qadın olmuşdu.

2008-ci ildə nüfuhzlu "Rolling Stone" jurnalı Areta Franklini "Dünya tarixinin ən məşhur qadın müğənnisi" elan etmişdi.

18 "Grammy" mükafatı almış Areta Franklin uzun müddət izafi çəki, spirtli içkilərə və siqaretə aludəçilikdən qurtulmağa çalışıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar