Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir…”

Tarix: 12-08-2018 16:05     Baxış: 4537 A- / A+
“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir…”


ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib.
Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında yer verib. Kitabdan seçmələri “The Washington Post” qəzeti yer verib.

Maniqolt-Nyuman bildirir ki, 2017-ci ilin əvvəllərində Oval ofisə daxil olanda Trampın kağız parçalarını çeynədiyini görüb. “Tramp həmişə hermofob olub. Mən onun kağızı necə çeynəyib udduğunu görəndə şoka düşdüm. Həmin kağızda çox güman ki, çox, çox həssas informasiya var idi”-keçmiş məmur kitabda yazır.

Qəzet yazır ki, kitabda Tramp özünəvurğun və rasist biri kimi təsvir edilir. Lakin Ağ evin mətbuat katibi Sara Sanders kitabda yazılanları “yalan və uydurma” adlandırıb.

Lakin 2018-ci ilin iyun ayının əvvəllərində “Politico” qəzeti Ağ ev dəftərxanasının keçmiş əməkdaşlarına istinadən yazmışdı ki, Tramp rəsmi sənədləri xırda hissələrə cırmağı xoşlayır. Sonradan bu sənədləri Ağ evin əməkdaşları skotçla yapışdırıb bərpa etməli olurlar. Çünki sənədlər arxivdə saxlanılmalıdır. “Hərdən kağızı ortadan iki cırır, hərdən isə elə xırda hissələrə bölür ki, konfetti kimi görünür”-mənbə bildirib.(virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar