Xəbər lenti
Fahişəxanaya gedən zabit dövlət başçısının medalını oğurlatdı

Boliviya dövlət başçılarının taxdığı zümrüd daşlarla işlənmiş 200 illik medal oğurlanıb.
Oğurluq səbəbindən ölkənin hazırkı prezidenti Eva Morales El Alto şəhərində ölkənin Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən tədbirə medalsız qatılıb.
Məlumata görə, medalı prezidentə aparmaq üçün vəzifələndirilən zabit Koçabamba şəhərinə getməli imiş. Lakin o, reysi qaçırdığı üçün təyyarəyə minə bilməyib. Növbəti uçuşa qədər o, aeroportun yaxınlığındakı fahişəxanalardan birinə gedib. Bu zaman isə avtomobildə bir torbanın içinə qoyduğu medal və rəsmi geyim oğurlanıb.
Zabit həbs olunub, medal isə polisə daxil olan şikayət əsasında yaxınlıqdakı bir kilsədə tapılıb.
Qeyd edək ki, 1825-ci ildə 22 əyar qızıldan hazırlanan medal Boliviya dövlətinin müstəqilliyini uğrunda xidmətlərinə görə milli qəhrəman Simon Bolivara verilib. Mərkəzi Bankda qorunan medalı prezidentlər önəmli tədbirlərdə taxırlar./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































