Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bəşər Əsədin xanımında xərçəng tapıldı - xalqa müraciət etdi - FOTO

Tarix: 09-08-2018 10:48     Baxış: 3448 A- / A+
Bəşər Əsədin xanımında xərçəng tapıldı - xalqa müraciət etdi - FOTO


Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Fəvaz Əsəddə süd vəzisi xərçəngi aşkarlanıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bu barədə Bəşər Əsədin dəftərxanasının Twitter-dəki mikrobloqunda rəsmi məlumat yayılıb.

52 yaşlı Bəşər Əsədin xanımında süd vəzisinin bədxasəlli şişi olduğu bəyan olunub. Xərçəng şişi ilkin mərhələdə aşkarlanıb.

Dəməşqdəki Onkoloji Klinikada Ə.Əsədin müalicəsinə başlanılıb.

Avqustun 11-də Əsma Əsədin 43 yaşı tamam olacaq. Qızlıq soyadı Əl Əhras olan Əsma Britaniyanın paytaxtı Londonda doğulub, orada London Universitetinin Kral Kollecini başa vurub. O, kompüter texnologiyaları və fransız ədəbiyyatı üzrə mütəxəssisdir.

"Deutsche Bank" və "JPMorgan Chase"də çalışandan sonra Suriyaya qayıdıb.

Bəşər Əsədlə Əsma 2000-ci ildə ailə qurublar. Bu ailədə elə həmin il Hafiz, 2003-cü ildə Zeyne, 2004-cü ildə isə Kərim doğulub.

Bədxassəli xərçəng şişi aşkarlanandan sonra Əsma Əsəd Suriya prezidentinin Dəftərxanasının Twitter akkauntunda xalqa müraciət edib.

"Dünyaya qətiyyət, əzm, qüvvə və çətinliklərin gözünə dik baxmağı öyrədən xalqın nümayəndəsiyəm. Qətiyyətim sizin əzminizdən, buna qədər yaşadığımız illərdəki iradənizdən doğur", - açıqlamada deyilir.

Manevr.az


Bəşər Əsədin xanımında xərçəng tapıldı - xalqa müraciət etdi - FOTO
Bəşər Əsədin xanımında xərçəng tapıldı - xalqa müraciət etdi - FOTO
Bəşər Əsədin xanımında xərçəng tapıldı - xalqa müraciət etdi - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar