Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pompeo İranı “terrorizmin ən böyük sponsoru” adlandırdı

Tarix: 05-08-2018 19:39     Baxış: 3325 A- / A+
Pompeo İranı “terrorizmin ən böyük sponsoru” adlandırdı


ABŞ İranın davranışında dəyişikliyə nail olmağa çalışır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Dövlət katibi İranı “terrorizmin ən böyük sponsor” olmaqda ittiham edib.

“İran İslam Respublikası dünyada terrorizmin ən böyük dövlət-sponsorudur. Amerika da məhz çalışır ki, İran belə fəaliyyətlə məşğul olmağı dayandırsın. Biz İran rejiminin davranışında dəyişikliyə nail olmağa çalışırıq”, - Pompeo İndoneziyanın “Metro TV” telekanalının efirində deyib.

Daha əvvəl isə ABŞ prezidenti Donald Tramp nüvə razılaşmasına yenidən baxılması və dialoqun qaydaya salması üçün İran hökumətiylə görüşə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin nizama salınması haqqında sənədi imzalayıblar. İştirakçılar Birgə hərtərəfli İş Planı qəbul edib. Sənədin icrası İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Tramp isə sazişi dəfələrlə tənqid edib və “ABŞ tarixinin ən pis razılaşması” adlandırıb. Mayın 8-də isə Tramp ABŞ-ın razılaşmadan çıxışını elan edib və İrana qarşı sanksiyaların bərpasına dərhal başlamaq barədə göstəriş verib.

Tramp yalnız əvvəlki sanksiyaları qaytarmağa deyil, həm də yeni məhdudlaşdırıcı addımlar atmağa söz verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar