Xəbər lenti
Adnan Oktarın “kediciklərinin” otağı ilk dəfə görüntüləndi - ŞOK FOTOLAR
Özünü din xadimi kimi təqdim edən, əslində isə mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktarın 30 il yaşadığı və təşkilatın qərargahı kimi istifadə edilən villası istintaq əməliyyatlarından sonra ilk dəfə görüntülənib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, 70 təhlükəsizlik kamerası olan villada Adnan Oktar və müridlərinin lüks həyatı deşifrə edilib.
Müridlərin istifadəsində olan bütün otaqlarda yüzlərlə vitamin kapsulu və dərman tabletləri tapılıb.
Villanın qarajında isə nəhəng şüşə qoruyucularda lüks idman alətləri aşkarlanıb. Adnan Oktarın “aslancık” adlandırığı kişi müridləri ideal bədən quruluşunu qorumaq üçün bu alətlərdən istifadə edib. “Kedicik”lərin otağında isə bahalı geyimlər və ayaqqabılar diqqət çəkib. Qadınlara aid otaqlarda çox sayda pişik bəslənilib. Bu otaqlardan birinin qapısından asılan “qapını açıq saxlamayın, qaça bilərik” yazısı təşkilatda qadınların zorla saxlanıldığına dair gizli mesaj kimi şərh edilib.
Qeyd edək ki, Adnan Oktar və 234 müridinə qarşı 20-dən çox ittihamla istintaq işi açılıb. Adnan Oktar mütəşəkkil cinayətkar dəstə qurmaq, qadın alveri, antimilli fəaliyyətlər, casusluq, çirkli pulların yuyulması, azyaşlılarla cinsi əlaqə kimi qanunsuzlarda ittiham edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar