Xəbər lenti
Tualetdə yatıb, dururdu: indi Ferrarisi var - FOTOLAR
İngilis kral ailəsinə türk yeməklərini hazırlayan şəxs kimi məşhurlaşan Hüseyin Özerin həyat hekayəsi eşidənləri təəccübləndirir.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, hazırda 63 yaşı olan Hüseyin Özer, Türkiyənin Tokat rayonunda doğulub, böyüyüb boya-başa çatıb. Ancaq, ağır uşaqlıq keçirib.
Hüseyin uşaqkən anası ilə atası ayrılır və onu hər ikisi istəmir. O da bir ağanın yanına himayəsinə verilir. Həyatı boyunca heç vaxt məktəbə getməyən Hüseyin Özer, keçi otararkən Çoban Cəlal əmi adlı şəxsdən oxumağı, yazmağı öyrənir. Çomağı ilə daşa-torpağa yazı yazaraq daha da təkmilləşdirir.
Bu məqamda Hüseyin Özerin ailəsindən aldığı zərbələrin də ardı-arası kəsilmir. Doğma qardaşı anası tərəfindən qalan tarlalara ortaq olmamağı üçün zəhərli əncir verərək onu öldürməyə çalışır.
Ancaq məqsədinə çatmır.
Sonra anası bilet alaraq Hüseyini Ankaraya göndərir. Məqsəd, Hüseyinin orada pul qazanıb, onu övladlıqdan rədd edən atasını öldürmək üçün silah alsın. Hüseyinin o zamanlar 11 yaşı var idi. Hamı "hələ uşaqdır" deyib, onu işə götürmürdü. O da çaxmaq daşı, benzin sataraq şörək pulunu çıxarmağa çalışırdı. Qalmağa yeri də yox idi. Bir tualetdə yatıb, dururdu.
Hüseyin "O tualet mənim üçün çox gözəl idi, çünkü yatmaq üçün orda qalırdım. O tualetə minnətdaram" deyərək o günləri xatırlayır. Qazandığı pulla isə kiftə, çörək almaq mümkün deyildi. Bir ciyərçi ilə razılığa gəlir. Gündə 75 qəpiyə bir neçə ciyər yeyərək qarnını doyururdu.
Ancaq Hüseyin Özer, Ankarada topladığı pul ilə atasını vurmaq üçün silah almaq əvəzinə İstanbula gəlməyi seçir. Restoranlarda ofisiant işləyir bir müddət. Burada yığdığı pulla bir dönərxana icarəyə götürür.
Hüseyinin dediyinə görə, həyatının dəyişməsi məhz bu dönərxanadan başlayır. Çünkü həyatının ən önəmli qərarlarını burada verir. Burada təqaüdçü bir hərbiçidən ingilisçə danışmağı öyrənir və London səfəri başlayır.
Hazırda Hüseyin Özer Londondakı yalnız "Türk yeməkləri" verən "Süfrə" restoranlar şəbəkəsinin sahibidir.
Kraliça ailəsi yeməyini burada yediyi üçün restoranın pəncərələri güllə keçirməz şüşədən hazırlanıb.
Madonna kimi dünyaca məşhur ulduzların London səfəri zamanı daim baş çəkdiyi məkan "Buckingham"ın qapı qonşusu olan bir restoranlar şəbəkəsindən bəhs edirik.
Hüseyin Özerin 37 milyon funt-sterlinqlik bir sərvəti olduğu deyilir. Bir zamanlar tualetdə yaşayan Hüseyin Özer hazırda Ferrari sürür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar