Xəbər lenti
Dünyanın diqqətini çəkən görüntü - Polis niqablı qadını qucaqladı, ağladılar - FOTO
"Mənim libasım, mənim seçimim", "Barmaqlarınızı niqabımdan çəkin"
Danimarkada üz örtüklərinin qadağan olunması barədə qərar qüvvəyə minib.
Milli.Az Nyu York Times-ə istinadla xəbər verir ki, müsəlman qadınlar küçələrə çıxaraq qərara etiraz ediblər.
Qərarda təkcə niqabın deyil, ümumiyyətlə üzü bağlayacaq hər hansı geyimin qadağan edildiyi qeyd olunsa da, niqablı qadınlar düşünür ki, hədəf müsəlman qadınlarıdır.
Yüzlərlə niqablı qadın Kopenhaqen və Orhus şəhərinin mərkəzi küçələrinə yığışaraq etiraz aksiyası keçiriblər. Etiraz aksiyası keçirənlər arasında açıq-saçıq geyimli şəxslər də olub.
Onlar "Mənim libasım, mənim seçimim", "Barmaqlarınızı niqabımdan çəkin" şüarlarını səsləndiriblər.
Polis etiraz aksiyası keçirən qadınları cəzalandırmayıb və mitinqə müdaxilə etməyib.
Türkiyənin "Posta" qəzeti yazır ki, Kopenhaqenin Nörrebro rayonunda aksiyaya başlayan etirazçılar 2 kilometr boyunca şüarlarını səsləndirərək Bellahöj polis idarəsinə qədər hərəkət ediblər.
Aksiyanın sonunda Ayha adlı qadının qadın polis ilə qucaqlaşması anı dünyanın diqqətini çəkən məqamlardan olub.
Həmin anın fotosu sürətlə sosial şəbəkələrdə yayılıb və kütləvi maraq doğurub.
Fotonu dünyaya "Reuters" agentliyi təqdim edib.
"Bu gün məni səmimi formada qucaqlayan polis sabah mənə cərimə yazacaq. Hislərimin qarışıq olduğu halda bir-birimizə sarılmağımız məni kövrəltdi", - Ayha söyləyib.
Qeyd edək ki, Fransa, Belçika, Hollandiya və Bolqarıstanda da niqab qadağan olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar