Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərinin gözləri qarşısında 3 uşaq anasını... - DƏHŞƏTLİ TƏFƏRRÜAT - FOTO

Tarix: 01-08-2018 13:38     Baxış: 2403 A- / A+
Ərinin gözləri qarşısında 3 uşaq anasını...


Əfqanıstanla Türkmənistanın sərhəddində İŞİD-in güclü olduğu Cavazcan əyalətinə bağlı Darzab bölgəsindən qaçanları sayı minə çatıb. Artıq bölgədə qadınlara qarşı törədilən cinsi istismarla bağlı da detallar açıqlanır. Ancaq qadınlar günahlandırılacaqlarını düşündüklərindən onlara qarşı törədilə cinayəti danışmaqda tərəddüd edir.Bu da vəziyyətin tam olaraq açıqlanmasını çətinləşdirir.

Publika.az İŞİD-in əlindən xilas olan qadınların dəhşət hekayələri təqdim edir.

Yaxın vaxtlarda bu bölgədən qaçan üç uşaq anası Zərifə İŞİD liderinin kəndə gələrək həyat yoldaşından pul istəməsini "Röyters" agentliyinə danışıb:

“Pulumuzun olmadığını, olduğu zaman göndərə biləcəyimizi dedim. Amma qəbul etmədi. Ərimi qoyub onlarla birlikdə getməli və adamlarından biri ilə evlənməli olduğumu dedi. Mən qəbul etməyəndə uşaqlarını o biri otağa apardı. Başıma silah tutdu və məni öldürəcəyini, evimi alacağını dedi. Sonra da mənə edə biləcəyi hər şeyi etdi”.

Zərifə hadisədən sonra Darzabdakı evini tərk etmək məcburiyyətində qalıb və Şeberqana sığınıb.

“Kənddə ərimin və qonşularımın üzünə baxa bilməyəcəyimə görə bütün təhlükələrə rəğmən oranı tərk etdim”.


Darzabdan qaçaraq Şeberqana sığınan başqa bir qadın isə Samirədir. Zərifə kimi o da tanınmaqdan qorxduğuna görə tam adını açıqlamır. O İŞİD-çilərin bir gün evlərini basıb 14 yaşlı bacısını komandirə alacaqlarından danışıb.

“Ancaq bacımla nə komandir özü evləndi, nə də başqası ilə evlənməsinə icazə verdi. Ancaq ona təcavüz etdi. Əsgərlərin hamısı, kəndin İŞİD-çi muxtarı da bacıma bacıma təcavüz etdi. Bacım 10 ay İŞİD-çilərlə qaldı, amma oradan qaçmağı bacardı. İndi bizim yanımızdadır, amma utandığından yaşadıqlarını heç kimə danışmır”.

Qeyd edək ki, İŞİD-in nəzarətində olan Darzabdan son aylarda qaçan minlərlə insanın Samirə və Zərifə kimi oxşar həyat hekayələri var.

Bu vaxta qədər Əfqanıstanda İŞİD zülmü ilə bağlı ən dəhşətli faktlar açıqlanıb. Lakin İraq və Suriyada olduğu kimi onlar arasında zorla evləndirmə və təcavüz hallarına az rast gəlinirdi.

Ərinin gözləri qarşısında 3 uşaq anasını...
Ərinin gözləri qarşısında 3 uşaq anasını...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar