Xəbər lenti
ABŞ-dan şok hədə - Ya azad edin, ya da hazır olun...
Türkiyənin cavabı gecikmədi
ABŞ-ın bu dəfəki hədəfi Türkiyə olub. Prezident Donald Tramp və nümayəndəsi Türkiyədə həbsdə olan amerikalı rahib Brunsonun azad edilməyəcəyi təqdirdə sanksiayalara əl atacaqlarını gizlətməyib.
Lakin Amerikanın hədəsinə cavab gecikməyib. Prezidentin köməkçisi Fuat Oktar "Twitter"dən Vaşinqtonun mövqeyini sərt şəkildə tənqid edib. "Türkiyə hüquqi dövlətdir və türk ədaləti hər kəsə eyni məsafədədir. Ucuz təhdidlər qarşısında əyilməyəcəyik. Amerikalı tərəfdaşlarımız da türk ədalətinin qərarına hörmət etməlidirlər".
Xarici işlər naziri Mövlud Çavuşoğlu da sanksiya hədələrini cavabsız qoymayıb. "Heç kimin bizi təhdid etməyinə icazə verə bilmərik. Hüququn üstünlüyü hər kəs üçündür". XİN rəhbəri Dövlət katibi Mayakl Pompeo ilə telefon əlaqəsi də yaradıb. Onların nə haqqında danışdığı açıqlanmayıb.
Xatırladaq ki, ABŞ prezidentinin köməkçisi Mayk Pense Türkiyədə həbs edilən Endru Brunsonun azad edilməyəcəyi halda bu ölkənin iqtisadi sanksiyalara məruz qala biləcəyini deyib. “ABŞ, Türkiyeəyə ağır iqtisadi sanksiyalar tədbiq edəcək. ABŞ prezidenti adından Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və türk hökumətinə mesajım var: Brunsonu dərhal azad edin ya da bunun nəticələrinə hazır olun".
Pensin bu çıxışından sonra Donald Tramp da bir açıqlama verib. Tramp "Twitter" hesabından paylaşdığı mesajında belə yazıb: Mükəməll bir xristian, ailə başçısı və yaxşı insan olan rahib Brunsonun uzun müddətli həbsinə qarşı ABŞ Türkiyəyə iqtisadi sanksiyalar tədbiq edəcək. Çox əziyyət çəkir. Məsum din xadimi dərhal azad edilməlidir".
Adıçəkilən rahib terror tə.kilatları FETÖ və PKK ilə əməkdaşlıqda ittiham edilərək saxlanılıb. Ötən gün onun cəzası ev həbsi ilə dəyişdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar