Xəbər lenti
Jirinovski: Rus ordusu olmasaydı, erməni qalmazdı - Video

Rusiyanın Gümrü və İrəvanda bazası olmasaydı, Qarabağda artıq ermənilər yox idi.
Bunu Rossiya-1 televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
“Bizim ordumuz Ermənistanda olduğuna görə ermənilər Qarabağda rahat yaşayırlar. Rusiya postsovet məkanındakı konfliktlərdə keçmiş SSRİ-nin bütün əhalisini qorumaq və xilas etmək üçün iştirak edir.
Dnestryanıda 1992-ci ildə insanları kəsməyə, rus milislərini qaralamağa, qızları zorlamağa başladılar. Soyqırım, vətəndaş müharibəsi gedirdi. Rus ordusu bunun qarşısını aldı. Əgər Donbasda da ruslar öldürülməsəydi, bu gün Ukrayna hadisələri olmazdı. Biz osetin və abxazları da xilas etmişik. Biz keçmiş SSRİ-nin bütün əhalisini müdafiə edəcəyik. Biz Kanada və Afrikaya girməyəcəyik, amma SSRİ və Rusiya imperiyasının tərkibində yer alan hər kəsi milliyətindən asılı olmayaraq, müdafiə edəcəyik”, – deyə o bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar