Xəbər lenti
Adnan Oktarın ilk ifadəsi: “Mən dəli deyiləm…”

Türkiyədə iki gün öncə həbs olunan, özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktar istintaqa ilk ifadəsini verib.
Manevr.az azvision.az-a istinadən xəbər verir ki, Oktar ifadəsində “dəli” olmadığnı bəyan edib.
O, bildirib ki, bununla bağlı xəstəxana arayışları var: “Mən dəli deyiləm. 60-a yaxın xəstəxananın bununla bağlı arayışı var”.
Qeyd edək ki, ötən gün 62 yaşlı Adnan Oktarın villası detektorlarla axtarılıb, ərazidə qazıntı işləri aparılıb. Təşkilata üzv olmaqda şübhəli bilinən 235 şübhəlidən, 192-i yaxalanıb. 43 şübhəli isə axtarışdadır. Bundan başqa 106 qadın şübhəlidən 105-i artıq saxlanılıb. Zərərçəkmişlərin sayı isə 82-yə çatıb.
Polis əməkdaşları bildirir ki, təhdid, şantaj və “çirkli pul”ların yuyulmasından aylıq 10 milyon dollar gəlir əldə edən təşkilatın “itmiş” 200 milyon lirəsinin aqibəti araşdırılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar