Xəbər lenti
Hökumətlər onları yox etmək üçün can atır - Sadəcə 180 nəfər qaldılar
Dünyanın ən qeyri-adi qəbilələri arasında olan Spinifekslərin başqa adı ilə Pile Nguru qəbiləsinin Böyük Viktoriya çölündə bənzərsiz bir həyat tərzi var.
Sənətkar xüsusiyyətləri ilə seçilən qəbilə hazırladıqları sənət əsərləri ilə təxminən 15 min ildir bu ərazidə yaşayır. Başqa məşğulliyyətləri səbəbi ilə hökumətlər onları yox etmək üçün can atır.
Avropalıların Avstraliyaya köçməsindən sonra soyuq və quru bir işğal şəraitində olduqları üçün Spinifeks qəbiləsi tək qaldı.
Ancaq bu vəziyyət 1950-ci illərdə dəyişdi. Spinifeks torpaqları kənd təsərrüfatı baxımından dəyərli deyildi. Amma xaricilər bu şoran torpaqlardan nüvə testləri üçün istifadə etməyə qərar verdilər.
1953-cü ildə İngiltərə və Avstriya hökumətləri Spinifeksin ana vətənində onların razılığı olmadan və çox az xəbərdarlıqla nüvə bombası partlatdı.
Bu hadisədən sonra çoxu başqa yerlərə köçüb 1970-ci illərin sonuna qədər torpaqlarına geri qayıtmadılar.Geri qayıdanda öz ərazilərini geri almaq üçün çətin bir döyüş verdilər.
Maraqlıdır ki, bölgədə qoyduqları sənət əsərləri 1997-ci ildə onların yerli xalq olduqlarını sübut etməyə kömək etdi.Fərdi və ictimai bir çox sənət əsəri geniş rəğbət topladılar.
Hazırda da neçə Spinifeks üzvü olduğunu müəyyən etmək çətin olsa da Tjunjuntjara olaraq bilinən ən böyük icmaları 180-220 nəfərdən ibarətdir.Dünyada Spinifekslər kimi maraqlı şəkildə həyatlarına davam edən 3 qəbilə var. //metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar