Xəbər lenti
“Siri” səs köməkçisi nazirin sözünü kəsdi
Böyük Britaniyanın müdafiə naziri Gevin Uilyamson (Gavin Williamson) parlamentdə çıxış edərkən maraqlı hadisə baş verib.
Manevr.az xəbər verir ki, nazirin "iPhone" smartfonundakı "Siri" səs köməkçisi funksiyası sahibinin çıxışına müdaxilə edib. G. Uilyamson Suriya mövzusunda danışarkən qəflətən smartfondan "Mən internetdə Suriya Demokratik Qüvvələri sorğusu üzrə nəsə tapdım" deyə səs eşidilib.
Səs köməkçisi funksiyası ingiliscə "Hey Siri" sözü ilə aktivləşir. Görünür, Suriya (Syria) sözünün ingilis dilində səslənməsi bu funksiyanı yanıldıb və aktivləşməsinə səbəb olub.
Zaldakı millət vəkilləri nazirin düşdüyü duruma gülüblər. "Mən üzr istəyirəm. Öz telefonumuzun sözümüzü kəsməsi tez-tez baş verən hal deyil. Nə isə. Mən davam edirəm və "Siri"nin köməyi oilmadan", - deyə nazir bildirib./lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar