Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ürəyin xəstə olmasının 5 əlaməti – Siqnalları vaxtında tut

Tarix: 03-07-2018 23:34     Baxış: 4353 A- / A+
Ürəyin xəstə olmasının 5 əlaməti – Siqnalları vaxtında tut


Ümumdünya səhiyyə təşkilatının statistikasına görə, hər il dünyada 17 milyon insan ürək çatışmazlığından ölür. Ürək xəstəlikləri ildən-ilə gəncləşir. Bu gün infarkt 30-35 yaşlı kişilər arasında da artıb.


Ürək getdikcə fəaliyyətini itirməsi barədə əvvəlcədən müəyyən əlamətlərlə xəbərdarlıq edir. Siyahıya diqqət yetirin, əgər bu əlamətlərdən 3-ü sizdə varsa, təcili həkimə gedin.

1.Hava çatışmazlığı, dərindən nəfəs ala bilməmək

Manevr.az medicina.az-a istinadən bildirir ki, ən yüngül təngnəfəslik belə 90% hallarda ürəklə bağlı olur. Əgər ən yüngül iş zamanı belə təngnəfəslik varsa, hətta uzananda belə sanki nəfəsiniz çatmırsa, o zaman kardioloqa getməyin vaxtıdır. Infaktdan öncə insan oturan yerdə yatmağa meyilli olur, çünki uzananda nəfəsi çatmır.

2.Ödem, şişkinlik

Ürək normal tam gücü ilə işləmirsə, qan bütün mayeni çıxara bilmir, o zaman şişkinlik yaranır. Əl-ayaq və barmaqlarda şişkinlik ürəkdən şübhələnməyə əsas verməlidir.

3. Ürək döyüntülərinin artması

Əgər ürək döyüntüsü, ritmi çox artıbsa və daimi olaraq qalırsa, o zaman ciddi ürək xəstəlikləri astanasında olduğunuzu düşünün

4. Ağrı

Ağrı təkcə ürəyin üstündə olmur. Qarın, boyun, kürək, çiyin, qol əl, hətta çənə ağrıları da ürəkdən qaynaqlana bilər. Qəfildən tuta bilər, zəif ağrı ola bilər, bir neçə gündən bir neçə həftəyə kimi davam edə bilər. Onu çox vaxy əzələ, mədə, nevralgiya, diş ağrıları ilə səhv salırlar. Bunu yoxlamaq üçün sadə bir misal: ağrı zamanı dil altına nitroqliserin qoyun. Əgər ağrı azalsa, yaxşılaşma olsa, deməli, problem ürəkdədir.

5.Xoruldamaq və yuxuda nəfəsalmanın pisləşməsi

5 il ərzində xoruldamaq və yuxuda məfəsi tıxanmağı müalicə etdirməyən insanın miokard infarktı olma riski 50% artır. Ümumiyylə, xoruldayan insanlar gələcəkdə ürəklə başları dərddə olacağını bilsin və tədbirli davransın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar