Sizin Reklam Burada
Xəbər lenti
02-03-2025
01-03-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən xəbərdarlıq: "Rusiya və Arktikanı fəlakət gözləyir"

Tarix: 28-06-2018 19:03     Baxış: 4355 A- / A+
Alimlərdən xəbərdarlıq: "Rusiya və Arktikanı fəlakət gözləyir"

Norveçin bir qrup alimi yeni tədqiqat aparıblar və nəticələr "Natural Climate Change" elmi jurnalında dərc edilib.

Manevr.az "Ölkə.Az"a istinadla xəbər verir ki, alimlər 1970-2016-cı illər ərzində toplanmış məlumatları tədqiq edərək Arktikanı və Rusiyanı fəlakətin gözlədiyi qənaətinə gəliblər.

"Arktikada "qaynar nöqtə" yaranıb. Bu isə Barens dənizində iqlim dəyişikliyinə səbəb olacaq. Eyni zamanda onun ekosisteminə ciddi məhvedici təsir edəcək", - deyə məqalədə bildirilir.

2000-ci ilin ortalarından dənizdə tempratur və suyun duzluluğu kəskin şəkildə artıb. Bu isə şirin suyun miqdarının azalması ilə əlaqəli ola bilər. Şirin su buzların əriməsi nəticəsində yaranır.
Məqalədə qeyd edilir ki, bu, Barens dənizinin ekosistemi üçün qeyri-məlum nəticələrə səbəb olacaq. Eyni zamanda dəniz canlıları və balıq sənayesi üçün də fəsadlar baş verəcək.

Ekspertlərin fikrinə görə, tezliklə Arktika iqlimi daha isti iqlimlə əvəzlənəcək. Hazırda dənizin şimal hissəsinin ekosistemi buz örtüyündən asılıdır. Amma soyuq sular isti Atlantik axınları səbəbindən şimala doğru çəkilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar