Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Mixail Saakaşvili toy eləyir

Tarix: 27-06-2018 15:23     Baxış: 4375 A- / A+
Mixail Saakaşvili toy eləyir

"Mixail Saakaşvili toy ərəfəsindədir. İyulun 1-də oğlu Eduardın Amerikada toyu olmalıdır. Əgər Saakaşvili sənədlərini düzəldə bilsə, övladının şad gününə qatıla biləcək".

Bunu modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov deyib.

Deputat bildirib ki, Saakaşvili oğlunun evlilik məsələsinə müdaxilə etməyib.

"Gələcək həyat yoldaşını Eduard özü seçib. Bir yerdə təhsil alıblar. Birinci kursdan bir-birlərini seviblər. Ümumiyyətlə, Saakaşvilinin oğlu çox ağıllı gəncdir".

Azər Süleymanov Saakaşvilinin gələcək planlarından da söz açıb.

"Bir neçə gün bundan qabaq Saakaşvilinin həyat yoldaşı Sandra xanımla görüşdük. Mixail Saakaşvilinin özü hazırda Hollandiyadadır. Onu da deyim ki, Saakaşvilinin ürəyi Gürcüstanla döyünür. Hər birimizlə ünsiyyətdədir. Tez-tez sosial şəbəkə üzərindən bəyanatlar verir. Güman ki, yaxın vaxtlarda Gürcüstana gələcək. Çünki Gürcüstana qayıtmaq məsələsində onun fikirləri dəyişilməzdir".

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hazırda Hollandiyada məskunlaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar