Xəbər lenti
Növbəti hücum bu İSTİQAMƏTDƏ OLACAQ -Tonoyan səngərdən döyüş əmri verdi
Ermənistanın müdafiə naziri David Tonoyan iyunun 22-də Ermənistanın şimal-şərq sərhədinə (Azərbaycanın şimali-qərb sərhədinə -red.) baş çəkib.
Manevr.az “Armenpress”ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, nazir döyüş mövqelərində qoşun bölmələrinin komandanlığı ilə görüşüb və operativ vəziyyətlə tanış olaraq müəyyən təlimatlar verib.
Ermənistanın müdafiə nazirinin Azərbaycanın şimali-qərb sərhədi ilə üzbəüz yerləşən döyüş mövqelərinə baş çəkməsi ötən ay Naxçıvan cəbhəsində baş verənləri xatırlatdı. David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanın mayın 18-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətinə çəkməsi burada düşmən təxribatı ilə nəticələnmişdi. Ermənistanın təxribatının nəticəsində Naxçıvan istiqamətində Azərbaycan əsgəri şəhid olmuşdu.
Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad olundu, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alındı.
Ermənistan Müdafiə Nazirliyinin növbəti dəfə Azərbaycan-Ermənistan sərhədində yerləşən döyüş mövqelərinə baş çəkməsi yeni təxribatların baş verməsini istisna etmir. Ekspertlərə görə, Ermənistan məhz Azərbaycanla həmsərhəd ərazilərdə təxribatlar törətməklə qarşıdurmaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qoşmaq niyyəti güdür. //publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar