Xəbər lenti
"Milyarder qızıyam" dedi, hamını aldatdı - FOTO
27 yaşlı bu xanım uzun müddət özünü "Almaniyadan olan milyarderin, zəngin iş adamının qızı Anna Delvi" kimi təqdim etmiş, ətrafındakıları inandırmışdı.
Milli.Az New York Magazine-a istinadən bildirir ki, bir neçə il Nyu-Yorkda yaşayan, qlamur həyat keçirən, rəssamlarla və iş adamları ilə dostluq edən Anna Delvi klub və çağdaş sənət mərkəzi açmağa hazırlaşdığını deyirdi.
O, Almaniyadakı atasının nə işlə məşğul olduğunu soruşanda fərqli cavablar verirdi. Annanın atası gah neft şirkətinin sahibi, gah diplomat, gah da əntiq əşyaların kolleksiyaçısı imiş.
Əsl ad və soyadı Anna Sorokina olan rusiyalı bu qadın nəinki təsadüfi tanışlarını, bir neçə iri bankın sahiblərini, developerləri və investorları da aldada bilib.
1991-ci ildə Rusiyada doğulmuş Anna 16 yaşı olanda ailəsi ilə birlikdə Almaniyaya mühacirət edib. Ailə Köln yaxınlığındakı kiçik şəhərcikdə yaşayırdı. Annanın atası yük maşınının sürücüsü idi, sonralar qızdırıcılar və kondisionerlərin satışı ilə məşğul olub.
2011-ci ildə Londona, Sent-Martins kollecində oxumağa yollanan Anna az sonra kolleci atıb, Parisə gedib, daha sonra ABŞ-da yaşamağa başlayıb.
Fırıldaqlar vasitəsilə o, ümumi məbləği 200 min dollar təşkil edən bir neçə bank kreditləri götürüb.
Özünü "almaniyalı milyarderin qızı Anna Delvi" kimi təqdim edən Anna Sorokina ötən ilin fevralın 18-də Nyu-Yorkdakı "11 Howard" butik otelində qalmağa başlayır. O, "otelin sahibinin tanışı" olduğunu söyləyirdi.
Otelin konsyerji, 25 yaşlı Neff Devisdən şəhərin ən dəbli məkanları barədə məlumatlar alan Anna bunun müqabilində Neffə "çay pulu" qismində 100 dollar verirdi.
Həmin oteldə gecəsi 400 dollarlıq nömrədə Anna bir ay yaşayıb. Anna otelin işçilərini qıcıqlandırsa da, səxavəti ilə seçilirdi.
Annanın təşkil etdiyi ziyafətlərə məşhur şirkətlərin rəhbərləri, rəssamlar, idmançılar, şou-biznes ulduzları qatılırdı.
Anna Kölndə doğulduğu üçün ingilis dilini pis bildiyini söyləyirdi. Lakin "alman milyarderin qızı" alman dilini də yaxşı bilmirdi.
2017-ci ilin yayında Malibuda həbs olunan Anna Sorokinaya qarşı 6 ittiham irəli sürülmüşdü. Nyu-York yaxınlığındakı Raykers adasında yerləşən həbsxanada saxlanan Anna Sorokinanın məhkəməsi başlanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar