Xəbər lenti
Tarixi görüş baş tutdu: Trampla Kim bir arada- FOTO/VİDEO

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Sinqapurda bir araya gəlib.
Manevr.az xəbər verir ki, tərəflər bir saat ərzində sadəcə tərcüməçinin iştirak etdiyi görüş keçiriblər. Hələlik hansısa razılığın imzalanması barədə məlumat yoxdur.
Sammit Kim və Trampın media qarşısında əl-ələ görüşməsi ilə başlayıb. Tramp Kim Çen Ina "Bilirəm ki, birlikdə böyük uğur qazanacaq, böyük problemi, dilemmanı həll edəcəyik. Bu prosesə birlikdə məsələ öz həllini tapana qədər davam edəcəyik. Şübhəm yoxdur ki, bizim möhtəşəm münasibətimiz olacaq" sözlərini deyib. Şimali Koreya rəhbəri ABŞ prezidentinin sözlərinə əlavə olaraq "Bu mərhələyə çatmaq asan olmayıb. Keçmiş bizim ayaqlarımızda zəncir rolunu oynayıb, mühakimə və təcrübələrimiz yolumuzda əsas maneəyə çevrilib. Lakin biz hamısının öhdəsindən gəldik və bu gün buradayıq" fikirlərini səsləndirib.
Tərəflərin Koreya yarımadasındakı nüvə qarşıdurmasını sonlandıracaq razılaşma imzalaması ehtimallar arasındadır.
ABŞ prezidenti jurnalistlərə Kim Çen Inla görüşdə böyük irəliləyiş əldə edildiyini bildirib.




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar