Xəbər lenti
Gürcüstanda vəziyyət gərginləşdi, paytaxta xüsusi təyinatlılar yeridildi
“Öldürmə!” devizi altında keçirilən aksiyada müxtəlif şüarlar səslənir, əsasən hökumətin istefası tələb olunur.
Gürcüstanın paytaxtı Tbilisidə polis, parlamentin qarşısında “Vahid Milli Hərəkat” partiyasının bir neçə üzvünü saxlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, polis həmçinin ərazidə quraşdırılan çadırları da yığışdırıb.
Parlamentin binası qarşısında vəziyyət gərginləşib, əraziyə xüsusi təyinatlı dəstələri, həmçinin gücləndirilmiş polis qüvvələri cəlb edilib.
Parlamentin deputatı Nika Meliya, eləcə də Tbilisi Şəhər Şurasının “Vahid Milli Hərəkat”dan olan deputatı İrakli Nadiradze saxlanılıb. Meliyanın döyüldüyü bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi hələlik faktı şərh etmir.
Qeyd edək ki, Gürcüstan patlamentinin önündə yenidən mitinqlər başlayıb.
“Öldürmə!” devizi altında keçirlən aksiyada müxtəlif şüarlar səslənir, əsasən hökumətin istefası tələb olunur.
Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Görüşdən on gün keçməsinə baxmayaraq, əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: “Ona görə də hesab edirik ki, bütün olanlarda indiki hakimiyyət günahkardır və istefaya getməlidir”.
Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.
Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər. Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.
Mitinqdə Gürcüstanın “Vahid Milli Hərəkat”, “Demokratik Gürcüstan”, “Avropa Gürcüstanı” və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar