Xəbər lenti
Türkiyənin məşhur serialında təcavüz qalmaqalı: 19 yaşlı qızı…
Fox TV-də yayımlanan “Yasak Elma” serialında təcavüz qalmaqalı yaranıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı çəkilən serialda baş qəhrəmanlarından olan Talat Bulut 19 yaşlı kostyum köməkçisi Özge Şimşəkə təcavüz etmək istəyib. Özge Şimşək hadisənin necə baş verməsini belə danışıb:
“Tələt Buludun qalstukunu düzəldirdim. Bu zaman o, “Gəl, arxa tərəfdə edək”, – dedi. Orada məni dodağımdan öpdü və getdi. Hadisənin şokundan donub qaldım və drəhal çəkiliş heyətinin yanına çıxdım. Məni öpərkən yanımda heç kim yox idi. Amma məni oraya çağırarkən bizi görən şahidlərim var. Sabah məhkəməyə şikayət edəcəyəm. Maddi-mənəvi təzminat lazım deyil, ona cəza verilməsini tələb edəcəyəm. Etdikləri cəzasız qalmamalıdır, başqası eyni şeyi yaşamasın”.
Hadisə ilə bağlı serialın prodakşın rəhbəri Fatih Aksoy açıqlama verib:
“Bu gün gənc əməkdaşımızla görüşdük. Talat Bulutla da danışacağıq. Ağır ittihamlar səsləndirilir. Bu səbəbdən səhv bir addım atmaq istəmirəm və onları qaralamaq niyyətim də yoxdur. Üzərimə düşən vəzifəni yerinə yetirəcəm”.
Baş verən bu hadisə ilə bağlı Tələt Bulud vəkili vasitəsilə açıqlama yayıb:
“Müvəkkilim Tələt Bulud haqqında bir neçə gündür sosial mediada və digər media orqanlarında ortaya atılan iddialar tamamilə əsassızdır. Tələt Bulud 42 il ərzində sənət dünyasında hörməti olan və ictimai məsələlərə həssaslığı ilə insanların sevgisi qazanan sənətçidir. Bir gənc qız müvəkkilimi cəmiyyət qarşısında nüfuzdan salmağa çalışılır. Müvəkkilim barəsində ki, bütün iddiaları rədd etməklə yanaşı, biz də məhkəməyə müraciət edəcəyik”.
Xatırladaq ki, aktrisa Hande Ataizi də 18 il əvvəl “Mələklər Evi” filmindəki tərəf müqabili Tələt Buludu təcavüzlə günahlandırmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar