Xəbər lenti
Qarabağdakı aksiyada Azərbaycan MƏQAMI: erməni şərhçilər HƏR ŞEYİ AÇDI
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin qondarma rejimə qarşı aksiyası başa çatıb. Bundan sonra baş verəcəklər haqda müxtəlif proqnozlar səsləndirilir.
Ermənistan mediası etiraz aksiyasının səbəblərini araşdırır.
Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, Xankəndində ermənilərin ayağa qalxmasının bir sıra dərin səbəbləri var.
“Ermənistandakı “Qarabağ klanı”, konkret olaraq, Serj Sarkisyan və Robert Koçaryan tərəfindən Qarabağa “rəhbər” təyin edilən Bako Saakyan çoxillik hakimiyyəti ərzində qorxu aparatı yaradıb. Yoxsulluq, korrupsiya, bir neçə generalın “müharibə yalanları” adı altında yaratdıqları idarəçilik və s. Qarabağdakı ermənilər artıq orada yaşaya bilmirlər. İnsanlar qorxu içində yaşayırlar və əla anlayırlar ki, Saakyan narazıların nazı ilə oynamayacaq, əksinə onları amansızca cəzalandıracaq. İrəvanda baş verən inqilabdan sonra Xankəndindəki ermənilər illərdir üzərlərində olan qorxu atmosferini dağıda bildilər”, - deyə o qeyd edib.
Arşakyan etiraz aksiyasının Xankəndindəki qondarma rejimi qorxuya saldığını vurğulayıb: “İnsanlar rejimin indiyə qədər yaratdığı “Azərbaycan qorxusu”nun da yalan olduğunu anlayır. Hərçənd, müharibə və qan üzərində hakimiyyətə gələn “Qarabağ klanı” “Azərbaycan təhlükəsi”ni qabardaraq, insanları qorxu altında saxlayırdı. “Biz olmasaq, türklər sizi öldürəcək”, onların şüarları belə idi. Lakin zaman keçdikcə amansız rejimin Azərbaycandan daha təhlükəli olduğu ortaya çıxdı və insanlar süni yaradılmış qorxunu dəf etdilər”.
Digər erməni şərhi Naira Ayrumyan isə yazır ki, əslində Xankəndindəki rejim “aprel müharibəsi”ndə məğlubiyyətdən sonra getməli idi.
Onun sözlərinə görə, “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda ümumiyyətlə, “Qarabağ klanı” hakimiyyətə əlvida deməli idi: “Lakin onlar getmədilər və günahı başqalarının üzərində atdılar. Yəqin ki, çoxları müharibədən sonra Xankəndindəki qapalı toplantını xatırlayır. Sarkisyan həmin toplantıda ərazilərin qaytarılmasından başqa yolun olmadığını deyirdi. Lakin qoca-qoca generallar – o generallar ki, bu gün Xankəndində insanları amansızcasına məhv edir – etiraz edir və əraziləri qaytaracaq şəxsi güllələyəcəklərini bildirirdilər”./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar