Xəbər lenti
Anadan dəhşətli CİNAYƏT: 7 yaşlı oğlunu yatdığı yerdə 31 dəfə bıçaqladı (FOTOLAR)
Şimali Kipr Türk Respublikasında anası tərəfindən yatdığı yerdə bıçaqlanaraq həyatını itirən Ercan Kaya Kunduracı anasına 2 gün yalvararaq onu öldürməməsini istəyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polislərin araşdırması nəticəsində məlum olub ki, 36 yaşlı ana Bilge Lord Kunduracı tərəfindən öldürdüyü 7 yaşlı oğlu "Məni öldürmə" deyə yalvarıb.
Paytaxtda 28 mayda baş verən cinayət zamanı ana oğlunu yatdığı yerdə 31 dəfə bıçaqlayıb. Sonra ana boğazını və bileyini kəsərək intihar etmək istəyib. Hadisədən bir gün sonra qadının ərinin dostuna vatsappda "uşağımı öldürdüm, mən də ölmək üzrəyəm" deyə yazdığı mesajı ilə aşkaralanıb. Mesajı qəbul edən şəxs dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polislər qadının həyatını xilas etsə də uşaq dünyasını dəyişib.
Hadisədən xəbər tutan cinayətkarın atası 64 yaşlı Tahir Lord qızının yaşadığı evə gəldi. Cinayəti görən baba infakt keçirərək dünyasını dəyişib. Polislər müəyyən edib ki, tükürpədici cinayət zamanı ana 7 yaşlı övladına 31 bıçaq zərbəsi vurub. Həmçinin aşkarlanıb ki, uşaq əlləri ilə bıçağı tutmağa çalışıb. Əllərində də bıçaq xəsarətləri olub.Qadın sözügedən cinayəti törtməsinə səbəb kimi həyat yoldaşının ondan ayrıldığını göstərib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar