Sizin Reklam Burada
Xəbər lenti
02-03-2025
01-03-2025
BÜTÜN XƏBƏRLƏR

Hər bir ABŞ prezidentinin tərcümeyi halında bu olmalıdır – DƏHŞƏTLİ İDDİA

Tarix: 25-05-2018 12:34     Baxış: 4430 A- / A+
Hər bir ABŞ prezidentinin tərcümeyi halında bu olmalıdır – DƏHŞƏTLİ İDDİA


“Bütün bəyanatlarından sonra ABŞ prezidenti Donald Trampa müharibdə kiçik qələbə lazımdır”.

Bunu Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı ABŞ-ın sanksiyalarının mümkün gücləndirilməsini şərh edən Rusiyanın Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Aleksandr Şerin “Russia Today” telekanalına açıqlamasında bildirib.

“Bunun üçün ən uğurlu dövlətlər ciddi insan və iqtisadi potensiala malik olmayan ölkələrdir. Bu baxımdan, Şimali Koreya Amerikanın hərbi maşınının gücünü nümayiş etdirmək üçün rahat variantdır. Bütün dünyanı qorxu altında saxlamağa davam etmək üçün ABŞ-ın hər bir prezidentinin tərcümeyi-halında məğlub edilmiş ölkə olmalıdır”
, - o deyib.

Şerinin sözlərinə görə, ABŞ-la razılaşma indiki siyasi vəziyyətdə heç bir dəyərə malik deyil:
“ABŞ İran nümunəsində nümayiş etdirdi ki, istənilən vaxt birtərəfli qayda ilə sazişlərdən çıxmağa hazırdır. Trampın Sinqapurda sammitin keçirilməsindən imtinası da həmçinin buna nümunədir. Yalnız bir nöqteyi-nəzər var: ABŞ. Heç bir beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və mənəvi prinsiplər mövcud deyil. Onlar öz maraqları üçün xüsusi hərəkət edirlər”.

Qeyd edək ki, Ağ Evdəki mənbəyə istinadən “Wall Street Journal” yazıb ki, ABŞ prezident administrasiyası artıq növbəti həftənin əvvəlində Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiqi imkanına baxır.

Nəşr qeyd edir ki, sanksiyaların tətbiqi imkanı Milli Təhlükəsizlik Şurasının mayın 24-də keçirilən iclasında müzakirə edilib. Bildirilir ki, onlarla yeni sanksiyadan söhbət gedir. İclasda həmçinin hərbi müdaxilə haqqında məsələyə baxılıb.

Mayın 24-də isə Amerika lideri Donald Tramp ABŞ və KXDR arasında keçirilməsi planlaşdırılan sammit ləğv edib. Sammit iyunun 12-də Sinqapurda keçirilməli idi./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar