Xəbər lenti
ABŞ İrandakı hakimiyyəti devirmək istəmir
“ABŞ İrandakı rejimi devirmək niyyətində deyil, ölkənin gələcəyinə dair qərarı İran xalqı verməlidir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo iranlıların özləri üçün arzuladıqları hakimiyyətə dair seçim etməli olduqlarını bildirib. Onun sözlərinə görə, əgər bu baş verməzsə, ABŞ Tehrana qarşı sərt mövqe tutmaqda davam edəcək.
“Düşünürəm, Pompeo bu hüququn yalnız İran xalqına məxsus olduğunu deyib... Siyasətimiz rejimləri devirmək deyil”, deyə Hezer Nauert bildirib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi İranın ünvanına insan haqlarının pozulması və sair ənənəvi ittihamlar səsləndirib./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar