Xəbər lenti
Həkimlərdən qandonduran AÇIQLAMA: Ölümdən sonra həyat var
Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur.
Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçiriblər. Həkimlər 4 il davam edən təcrübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurublar. Pasientlərin kliniki ölümü 20 dəqiqə çəkib.
Mütəxəssislər iddia ediblər ki, bu proses insan orqanizmi üçün zərərli deyil. Prosesdən sonra həkimlər digər dərmanlardan ibarət qarışımı insan orqanizminə yeridib, qandakı ozonu filtrləyərək təmizləyiblər. Bu təcrübə kardiopulmonal adlı qurğunun icadından sonra baş tutub.
Professor Bertold Akkermanın başçılığı ilə davam edən təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb. Nəticələr göstərib ki, qeydlərin çoxu bir-birinə bənzəyir.
944 nəfərdən böyük əksəriyyəti şüurun bədəndən ayrılması, tam sakitlik və rahatlıq, təhlükəsizlik, istilik və hətta ərimə hiss ediblər. Bir çoxu isə gözqamaşdıran işıq gördüklərini iddia edirlər.
Mütəxəssislər əlavə edirlər ki, təcrübədə müxtəlif dindən olan insanlar iştirak ediblər. Onların gəldiyi qənaətə görə, dinin ölümlə heç bir əlaqəsi yoxdur. Çünki onların dini görüşlərinin bu prosesə heç bir təsiri olmayıb və bütün insanlar eyni hissləri bölüşüblər. Bu təcrübədə dini görüşləri bəlli olan şəxslərdən əlavə, ateistlər də iştirak ediblər.
Alimlərin fikrincə, kliniki ölüm anında şüur bədəndən ayrılır.
"Bilirəm ki, bu təcrübəmiz minlərlə insanın ölüm haqda olan fikirlərini alt-üst edəcək. Amma etiraf etmək lazımdır ki, bununla biz insanlığı düşündürən ən dərin sualın cavabını tapa bildik. Bəli, ölümdən sonra da həyat var”, - Akkerman qeyd edir./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar