Xəbər lenti
Tiflisi etirazlar bürüdü: hərəkət tam dayandı - Video
Tiflisdə yüzlərlə gənc Gürcüstan parlamentinin binası qarşı səhər saatlarına qədər mitinq keçirib.
Etiraza səbəb paytaxtın gecə klublarında aparılan genişmiqyaslı əməliyyatlar olub. Aksiyaların keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Bura başqa istiqamətlərdən gənclərin gəlməsinə izn verilməyib.
Etiraz aksiyası zamanı polis tərəfindən bir neçə gənc saxlanıb. Saxlanılanlar arasında Yeni Siyasi Mərkəz - Qirçi Pariyasının rəhbəri Zurab Caparidze də olub. O, aksiyalarda 35 nəfərin saxlanıldığını və onların arasında ABŞ və Britaniya vətəndaşlarının da olduğunu deyib.
Feysbuk sosial şəbəkəsində isə polisin təşkil etdiyi əməliyyatları dəstəkləyən və dəstəkləməyənlər olub. Əməliyyatlara qarşı xüsusilə gənc nəsil çıxıb.
Qeyd edək ki, bu gecə gürcü polisi və xüsusi təyinatlıları Tiflisdəki gecə klublarında xüsusi əməliyyat keçirib. Əməliyyat “Bassiani” və “Qaleri” gecə klublarından başlayıb. Əməliyyat zamanı xüsusi təyinatlılar narkotacirləri həbs edərək, kluba gələnlərin oranı tərk etməsini tələb ediblər. Əməliyyat zamanı 8 narkotacir yaxalanıb. Əməliyyata mane olan onlarla gənc isə saxlanılıb.
Əməliyyata səbəb bir həftə ərzində 5 gəncin naməlum narkotikdən dünyasını dəyişməsi və son bir ayda ən azı 8 gəncin zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi göstərilir.
Polisin keçirdiyi əməliyyatlara qarşı keçirilən etiraz aksiyası zamanı həmçinin “Bassiani” klubunun sahibi Zviad Qelbaxiani də saxlanılıb.
***
Tiflisdə gənclərin aksiyasına fasilə verilib. Onlar yerli vaxtla saat 15:00-a "Biz bir yerdə oynayarıq, bir yerdə vuruşarıq" şüarı ilə növbəti aksiya təyin ediblər.
***
Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq Tiflisdə parlament binasının qarşısında aksiya keçirilib.
"Ağ səs-küy” ictimai hərəkatının təşkilatçılığı ilə keçirilən aksiyaya Qirçi Partiyası, gecə klublarında çalışanlar, QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər.
Kutaisi və Batumi şəhərlərində də həmrəylik aksiyaları keçirilib.
Bir müddət öncə isə parlament binasının qarşısına əlavə polis qüvvələri cəlb edilib.
Xüsusi təyinatlılar bir sıra küçələrə nəzarəti gücləndiriblər.
***
Tiflisdə etiraz aksiyası davam edir.
Gurcüstan parlamentinin binası önündə aksiyada 1000 nəfərdən çox adam iştirak edir.
Paytaxtın "Rustaveli" prospektində avtomobillərin hərəkəti tam dayanıb.
Aksiyaya "Gürcü marşı" İctimai Birliyinin də qoşulacağı gözlənilir. /axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar