Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi

Tarix: 10-05-2018 21:35     Baxış: 3569 A- / A+
Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi


Ermənistanda baş nazir seçilən müxalifət lideri (o, hazırda parlamentdə azlıqdadır) Nikol Paşinyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində-Xankəndində çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki,xarici jurnalistləri maraqlandıran əsas mövzulardan biri Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi olub.

Belə demək olar ki, Paşinyan baş nazir kreslosuna oturan kimi ən azından Qarabağ məsələsində Serj Sərkisyana çevrilib, yəni onun on ildir hər fürsətdə təkrarladıqlarını bir az başqa redaktədə və üslubda təkrarlayıb. Hətta daha radikal mövqe nümayiş etdirib.

Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi


Paşinyanın Qarabağ mövzusunda dediklərinin əsas məğzi aşağıdakılardan ibarət olub: Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil, güzəştlər, kompromislər barədə erməni tərəfi ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar. Ermənistan əsas diqqəti silahlanmaya və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir.

Ermənistan baş naziri həmsədr ölkələrin tərəflərə təqdim etdiyi və danışıqlar masasındaı son sənəd hesab edilən Madrid prinsiplərinə də istinad etməyib. Başqa sözlə, gözlənildiyi kimi Nikol Paşinyan Qarabağ məsələsində Ermənistanın mövqeyində hansısa dəyişikliyin baş verməyəcəyini təsdiqləyib, eyni zamanda nümayiş etdirib ki, o daha radikal mövqeyə meyllidir. Yəni Dağlıq Qarabağın danışıqlarda tərəf kimi tanınması məsələsini qoyur və bunsuz danışıqlara qatılmağa lüzum görmür.

"Mən Azərbaycan prezidenti ilə danışıqlarda ancaq Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə onun öz rəhbərləri təmsil etməlidir. Əgər Azərbaycan bu məsələnin həllini istəyirsə onu indiki formatda, yəni tərflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil. Dağlıq Qarabağın adından ancaq onun hakimiyyəti danışa bilər"-Paşinyan deyib.

Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi


Nikol Paşinyana görə Azərbaycan həm də Dağlıq Qarabağın "öz müqəddəratını təyin etməsi hüququnu" tanımalıdır. Əks halda erməni tərəfi hər hansı güzəştə gedə bilməz.

Xarici jurnalistlərdən biri Paşinyana Qarabağ məsələsindən sual verəndə "bu ərazilərə görə danışıqlar" ifadəsini işlədib və Ermənistanın baş naziri bu ifadədən qəzəblənib. "Hörmətli jurnalist, mən bilmirəm hansı ölkəni təmsil edirsiniz, amma siz deyirsiniz ki, "bu ərazilərə görə danışıqlar". Biz görünür uzun müddət əmin olmuşuq ki, beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin mahiyyətini çatdıra bilmişik. Amma belə görünür ki, beynəlxalq ictimaiyyətə problemin əsl mahiyyətini çatdırmaq vacibdir", - o deyib.

Daha sonra Paşinyan Qarabağ münaqişəsinin necə başladığı haqda ənənəvi erməni mövqeyini təkrarlayıb. Habelə təmas xəttində insidentlərin araşdırılması mexanizmi barədə İrəvanın çoxdankı tezislərini təkrar edib. Bir sözlə, Ermənistanda "Qarabağ karuseli" davam edir, bu məsələdən istifadə edib hakimiyyəti qamarlayanlar 20 il sonra Qarabağ məsələsinin yaratdığı yoxsulluq, səfalət və kütləvi miqrasiya kimi problemlərə görə küçənin təzyiqi ilə gedir, onların yerinə gələnlər isə hakimiyyətdə qalmağın yegan təminatı kimi Qarabağdan daha radikal danışmaq xəttini seçir...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar