Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Ermənistanın baş nazir seçildi

Tarix: 08-05-2018 14:21     Baxış: 3432 A- / A+
Paşinyan Ermənistanın baş nazir seçildi


Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir seçilib.

Manevr.az xəbər verir ki, bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib.

Yelk" (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib.

Qeyd edək ki, daha öncə mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməmişdi.

Bildirək ki, müxalifətçi deputat Nikol Paşinyan Yerevanda aprelin 13-dən davam edən kütləvi etiraz aksiyalarına rəhbərlik edirdi.

Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edirdilər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefaya getdi.

Etirazçıların tələbləri Serj Sarkisyanın istefası, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazirin seçilməsi və müvəqqəti hökumət yaradılması ilə bağlı idi./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar