Xəbər lenti
Rusiyanın 20-dək şəhəri ayağa qalxdı: həbslər artır
Aleksey Navalnının təşkilatçılığı ilə Rusiyanın müxtəlif şəhərlərində etiraz aksiyaları start götürüb.
Axar.az xəbər verir ki, artıq Xabarovsk, İrkutsk, Vladivostok, Cənubi Saxalində etirazlar başlayıb. Moskvanın müxtəlif bölgələrinə Rusiya Milli Qvardiyasının qüvvələri yerləşdirilməyə başlanılıb.
Qeyd edək ki, aksiyalar “O, bizim üçün çar deyil” şüarı ilə keçirilir. Aksiyaların 80 şəhərdə baş tutması gözlənilir.
***
Bugünkü mitinq Rusiyanın siyasi həyatından tam uzaqlaşdırılması planlaşdırılan insanların aksiyasıdır.
Bunu “Amerikanın səsi” radiosuna açıqlamasında Aleksey Navalnının federal qərargahının rəhbəri Leonid Volkov deyib.
“7 mayda inauqurasiya olacaq. Putin bütün rusun çarı elan ediləcək. İndiyə qədər çox deyilib ki, ona həddən artıq çox səs verilib və s. Biz bu səslərin necə verildiyini, bunun biabırçı təşkilatçılığının necə həyata keçirildiyini yaxşı görmüşük. 5 may bizim üçün vacib andır. Biz çıxıb deyə bilərik ki, heç yerə getməmişik. Siz keçirdiyiniz yalançı seçki, yalançı namizədlərlə alternativ reallıq yarada bilməmisiniz. Kreml obyektiv həqiqətin mövcudluğunu inkar etmək üzərində qurulub” – deyə o bildirib.
***
Rusiyada keçirilən aksiyalardan öncə hüquq-mühafizə orqanları aktivistlərin həbsini sürətləndirib. Artıq Kemerova şəhərində Navalnının qərargahının koordinatorunun müavini Boris Pavlov polis tərəfindən saxlanılıb. Onun dindirilməsi aksiyaların başlanılması ilə eyni vaxt - saat 14:00-a təyin edilib.
Çelyabinskdə isə aktivist Aleksandr Belyayev saxlanılıb. Onun saxlanılmasına səbəb oğurluqda şübhəli bilinməsidir.
Barnaulda isə həbs edilən aktivistlərin sayı 15 nəfərə çatıb.
***
Krasnoyarskda da aksiyalar start götürüb. Aksiya zamanı polislə etirazçılar arasında toqquşma yaşanıb. Polis etirazçılara güc tətbiq etməyə başlayıb. Onlarla etirazçı saxlanılıb.
Tomsk şəhərində Navalnının qərargahının koordinatoru Kseniya Fadeyeva saxlanılıb.
***
Yakutskda Navalnı tərəfdarları aksiya keçiriblər. Aksiyada 100-ə yaxın şəxs iştirak edib. Polis 75 nəfəri saxlayıb.
***
Navalnının tərəfdarları Novosibirsk, Biysk, Çita və Maykop şəhərlərində də aksiyaya başlayıb.
***
Rusiyanın Krasnoyarsk şəhərində həbs edilənlərin sayı 50-yə çatıb. Navalnının qərargahı ümumilikdə aksiyalarda həbs edilənlərin sayının 100 nəfəri keçdiyini bildirib. Həbslər Krasnoyarsk, Kemerova, Çelyanbinsk, Yakutsk və Barnaulda baş verib.
***
Rusiyanın Perm, Kazan, Ufa və Omsk şəhərlərində də aksiyalar başlayıb.
Krasnoyarsk şəhərində isə Navalnının qərargahının əməkdaşı Danil Markelov həbs edilib. O, polis bölməsində şiddətə məruz qalıb. Polis onun telefonunu sındırıb və aktivisti təhdid edib.
***
Krasnoyarskda polis Navalnı tərəfdarlarına qarşı zor tətbiq edilib. Həbs edilənlərin sayı 150-yə çatıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar