Xəbər lenti
Ermənistanda fəallar İran və Gürcüstan yolunu bağladılar
Ermənistanda Nkol Paşinyanın tərəfdarları bu gün Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb.
Manevr.az xəbər verir ki, aksiya iştirakçıları N. Paşinyanın baş nazir seçilməsini tələb edirlər. "Bu gün bütün xalqın tələbi birdir: baş nazir bizim liderimiz Nikol Paşinyan olmalıdır. Respublikaçı deputatlar bu həqiqəti anlamalıdır", - deyə Sevanda Gürcüstan yolunu bağlayan fəallardan biri söyləyib.
İran yolunda da eyni vəziyyət yaranıb. Vayk şəhəri ətrafında yerli sakinlər yük avtomobilləri vasitəsilə yolu kəsib və hökumət əleyhinə şüarlar səsləndirir. Yeniyetmələr yolda futbol və voleybol oynayır. Yollarda kabab çəkənlər də var.
Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi ilə bağlı keçirilən səsvermə uğursuz nəticələnib. N. Paşinyan 53 səs tələb olunduğu halda, 45 səs toplayıb. Hakimiyyətdəki Respublika Partiyası müxalifətçiyə dəstək verməyib. /apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar