Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Müharibənin taleyini dəyişən balerina: GÖZƏL AYAQLI CASUS...

Tarix: 30-04-2018 09:46     Baxış: 3319 A- / A+
Müharibənin taleyini dəyişən balerina: GÖZƏL AYAQLI CASUS...


İkinci Dünya Müharibəsi zamanı Hitlerin kəşfiyyat şəbəkəsinə casusluq edən balerina Norveçi almanlardan geri almaq istəyən ingilis və fransızların müharibə planını əldə edib və nasistlərin məğlubiyyətə uğradılmasının qarşısını alıb.

Manevr.az xəbər verir ki, bu informasiya Mİ5-in (Britaniya xüsusi xidməti-C.) üzərindən məxfilik statusu götürdüyü sənədlərdə üzə çıxıb.

Mİ5-in açıqladığı sənədlərə görə, Marina Lee adlı casus müttəfiq ölkələrin xüsusi qüvvələrin qərargahına yol tapıb və Norveçlə bağlı hərbi planları əldə edərək Hitler Almaniyasına ötürüb.

Nasistlər 1940-cı ilin aprelində ildırım sürətli hücumla müttəfiq ölkələri gözlənilməz duruma salaraq Norveçə nəzarəti ələ keçirib. Marina Lee adlı casusun hərbi planı ələ keçirməsi bir alman casusunun verdiyi ifadədə ortaya çıxıb.

Bundan dərhal sonra Mİ5 Marina Lee adlı qadını araşdırmağa və axtarmağa başlayıb, casus haqqında xüsusi dosye açılıb.

Rusiyanın Sankt-Peterburq şəhərində doğulan və balerina olan Marina Leenin dosyesində casus açıq sarı saçlı, bir neçə dil bilən, cazibədar, ecazkar gözəlliyə sahib qadın kimi xarakterizə edilib, “gözəl ayaqlarının olduğu” xüsusi vurğulanıb.

Gerçək adı Marina Alekseyevna olan bu rus qadın sonralar norveçli ilə ailə quraraq Osloya köçüb. Mİ5 casusu illərlə axtarsa da, balerinanı heç vaxt tapa bilməyib./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar