Xəbər lenti
Sərkisyandan Paşinyana baş nazir olması üçün - Şərt

Nikol Paşinyana açıq şəkildə izah edildi ki, parlamentin yerdə qalan üç siyasi gücü vahid namizəd təqdim edəcəyi halda hakim Respublika Partiyasının fraksiyası ölkənin baş nazirinin seçkilərinə mane olmayacaq.
Bu sözləri parlamentdə çoxluqda olan Respublikaçılar fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Nikol Paşinyanla görüşü barədə danışarkən deyib.
Baqdasaryan partiyanın Paşinyanın yekdilliklə dəstəkləyəcəyini və ya yerdə qalan 6 səsi verməklə kömək edəcəyini söyləməkdə çətinlik çətib.
“Biz mayın birində səsvermənin sakit şəkildə keçirilməsi üçün yolların bağlanmasından imtina etməyə çağırış etdik. Paşinyan bir saat ərzində mənə cavab verməlidir”, - Baqdasaryan əlavə edib.
Baqdasaryan eyni zamanda mayın 1-də ölkənin yeni baş nazirinin mütləq seçiləcəyini bildirib.
Qeyd edək ki, Paşinyanın rəhbərliyi ilə hazırda İrəvanda aksiyalara start verilib. Müxalif lider yenə yolların bloklanması çağırışını edib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar