Xəbər lenti
ABŞ-ın ən qorxunc silahı... - Rusiyanı ŞOKA SALACAQ XƏBƏR

ABŞ-ın “F-35 Lightning II” beşinci nəsil gözəgörünməz qırıcı-bombardmançıları “rus mənşəyi”nə malikdir və SSRİ istehsalı olan “Yak-141” ilə ümumi xüsusiyyətlərə malikdir.
Bu haqda “Task and Purpose” Amerika portalında dərc edilən məqalədə deyilir.
Nəşr qeyd edir ki, yeni stels-təyyarənin yaradılması “dəmir pərdə”nin (“soyuq müharibə”nin başa çatması nəzərdə tutulur - red.) aradan qaldırılması nəticəsində mümkün oldu. Müəllif yazır ki, 1991-ci ildə “Lockheed” şirkəti və “Yakovlev” təcrübi konstruktor bürosu əməkdaşlıq haqqında razılaşma imazlayıb. Razılaşma Amerika şirkətinə “Yak-141” haqqında informasiyanı, həmçinin bir sıra məlumatları almağa imkan verib.
“Bu vacib məlumat idi. O müasir F-35 mühərriklərin hazırlamasına başlamağa kömək etdi”, - portal yazıb.

Qeyd edək ki, “Yak-141” çoxməqsədli səsdən surətli göyərtə təyyarədir. Təyyarə 1970-ci illərin ortalarından hazırlanırdı. 1987-ci ildə birinci uçuşunu etsə də, silahlanmaya qəbul olunmamışdı.
“F-35 Lightning II” ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən hazırlanmış beşinci nəsil çoxfunksiyalı qırıcı-bombardmançıları ailəsidir. Təyyarə üç variantda istehsal edilir: yerüstü qırıcı, şaquli uçuş qırıcısı və göyərtə qırıcısı. Birinci uçuş 2000-ci ildə həyata keçirilib və 2012-də ABŞ ordusunun silahlanmasına qəbul edilib.
“F-35 Lightining II” özlərindən əvvəlki nəsil F-16, F/A-18C və A-10 təyyarələrini əvəzləmək üçün nəzərdə tutulub. ”F-35”-i onun üçün ayrılmış smetanı üstələdiyinə və qrafikdə gecikdiyinə görə çox ciddi şəkildə tənqid də ediblər. Ancaq “F-35” həqiqətən də möhtəşəm və qorxu saçan təyyarədir.
Qırıcı-bombardmançı gələcək müharibələrin ən qorxunc silahlarından hesab olunur./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar