Sizin Reklam Burada
Xəbər lenti
12-08-2025
11-08-2025
BÜTÜN XƏBƏRLƏR

Böyük Çin səddinin mühafizəsində süni intellektdən istifadə olunacaq

Tarix: 27-04-2018 08:56     Baxış: 3301 A- / A+
Böyük Çin səddinin mühafizəsində süni intellektdən istifadə olunacaq


Çin hökuməti Böyük Çin səddinin mühafizəsində süni intellektdən və pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırır.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bu məqsədlə Çin Mədəni İrsin Mühafizəsi Fondu ilə "İntel" korporasiyası arasında razılıq sənədi imzalanıb. Sənədə əsasən, birgə əməkdaşlıq çərçivəsində səddin yoxlanması, təmiri və qorunmasında dronlardan istifadə olunacaq.

Çinin əsas rəmzi hesab olunan Böyük Çin səddinin inşası eramızdan əvvəl 3-cü əsrdən başlayaraq Min sülaləsinin hakimiyyət illərinə (1384-1644) qədər davam edib. Səddin bəzi hissələri meşə ilə əhatə olunan hündür dağlıq ərazilərdən keçir ki, belə relyef onun mühafizəsini çətinləşdirir. Mütəxəssislər dronların çəkdiyi şəkillər əsasında səddin zədələnmiş hissələrini aşkarlaya və 3D model texnologiyası ilə həmin hissələrin bərpasını təmin edə biləcəklər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar